Azərbaycanda kolbasa istehsalı təxminən 4 % azalıb
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 7 min 095 ton kolbasa məmulatları istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 % azdır.
Aprelin 1-nə ölkədə 44,7 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 18,3 % azdır.
Xatırladaq ki, I rübdə Azərbaycanda 1 milyard 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,2 % çoxdur.