Ötən ay pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb

Ötən ay pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb

Bu ilin aprel ayı ərzində verilən pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlanıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən ay əlilliyə görə 254 min 500-dən çox şəxs pensiya, 218 min 700-dən çox şəxs aylıq müavinət, 89 min 500-dən çox şəxs isə Prezident təqaüdü alıb.