Şirvanda yük qatarlarının hərəkəti bərpa olunub
ADY Şirvanda yük avtomobilinin dəmir yolu ötücüsünə ciddi zərər yetirməsi səbəbindən məhdudlaşdırılan hərəkəti bərpa edib.
Xatırladaq ki, 20 iyun axşam saatlarında Şirvanda “Mercedes” markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkəti davam etdirmiş, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək dəmiryol infrastrukturuna ciddi zərər vurmuş və qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılmışdı.
ADY tərəfindən hadisədən dərhal sonra qatarların hərəkətinin bərpası istiqamətində operativ tədbirlər görülüb, əlavə yol çəkilib.
Yük qatarlarının hərəkəti 22 iyun saat 11:30-dan etibarən bərpa olunub.