Cəmiyyət 

Qarabağa getmək istəyənlərə MÜHÜM XƏBƏR

Yaxın günlərdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək dövlət tədbiri ilə əlaqədar 30 iyun-6 iyul tarixlərində “Yolumuz Qarabağa” portalında 9 istiqamətdə – Suqovuşan, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Ağdam və Laçına hərəkət etmək üçün icazə verilməyəcək.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, bu barədə vətəndaşlara əvvəlcədən SMS bildiriş göndərilib.

Zəngilan və Cəbrayıl rayonlarına səfərlə bağlı isə heç bir məhdudiyyət tətbiq olunmayıb.

Daha çox xəbərlər