Laçın: İşğalın Ağrılı Tarixi və Azadlığın Parlaq Səhifəsi
Laçın rayonu Azərbaycanın cənub-qərbində, Kiçik Qafqaz dağ silsiləsinin əhatəsində yerləşən, zəngin tarixi və mədəni irsi ilə seçilən bölgələrdən biridir. Bu ərazi qədim zamanlardan bəri insan məskəni olmuş, Albaniya və Atropatena kimi qədim dövlətlərin tərkibində yer almışdır. Rayonun ərazisində yerləşən Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd və digər arxeoloji abidələr bu ərazinin qədim dövrlərdən bəri insan fəaliyyəti üçün əlverişli olduğunu göstərir. Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayonun ərazisində yerləşən 13745 yaşayış evi qarət edilərək yandırılmış, 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmışdır. İşğal dövründə Laçın rayonu Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə rolunu oynayan Laçın dəhlizi vasitəsilə strateji əhəmiyyətə malik olmuşdur. 2020-ci il 1 dekabr tarixində Laçın rayonu işğaldan azad edilmişdir.
Laçın ərazisi qədim insan məskənlərindən biri hesab olunur. Mirik kəndindəki “Qaranlıq kaha”, “Bayqara” mağaraları və Hoçaz kəndindəki mağara məbədi bu ərazinin qədim dövrlərdən bəri insan fəaliyyəti üçün əlverişli olduğunu göstərir. Laçın şəhəri əvvəlcə Abdallar adlanıb və 1923-cü ildə şəhər statusu alıb. 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil olunub və Laçın şəhəri onun mərkəzinə çevrilib. Laçın rayonu Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik bölgələrindən biridir. İşğal dövründə böyük itkilərə məruz qalan Laçın, azadlıqdan sonra sürətlə inkişaf edir və yenidən dirçəlir. 26 avqust Laçın şəhəri günü münasibətilə bu qədim və məğrur şəhərin tarixi və bugünkü inkişafı bir daha xatırlanır və qeyd olunur.
1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonu işğal olunub. İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd düşmən tapdağı altında qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb . Rayonun əhalisi respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmağa məcbur olub. İşğal dövründə Laçın rayonu Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə rolunu oynayan Laçın dəhlizi vasitəsilə strateji əhəmiyyətə malik olub. Bu dəhliz vasitəsilə Ermənistan yeni canlı qüvvələri və hərbi texnikanı Azərbaycan ərazisinə asanlıqla daxil edə bilib [4] .
2020-ci il 1 dekabr tarixində Laçın rayonu işğaldan azad olunub. Bu, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən həyata keçirilib.
Azadlıqdan sonra Laçın rayonunda bərpa və yenidənqurma işləri sürətlə aparılır. İnfrastruktur layihələri həyata keçirilir, yollar, məktəblər, xəstəxanalar və digər ictimai obyektlər tikilir. Eyni zamanda, Laçının zəngin tarixi və mədəni irsi qorunur və bərpa olunur
Ülvi Abbasov,
YAP Xətai rayon təşkilatının əməkdaşı