Federasiya rəhbərinin idmançı oğlu faciəvi şəkildə öldü – Foto
Azərbaycanlı idmançı Toğrul İbrahimli Ukraynada faciəvi şəkildə ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Gənc kempo-karate ustası yaşadığı evin pəncərəsindən yıxılaraq həyatını itirib.
Qeyd edək ki, Toğrul İbrahimli Azərbaycan Kempo Federasiyasının rəhbəri, üçqat dünya çempionu Rauf İbrahimovun oğludur.
Fotoda Rauf İbrahimov