İstanbulda daha bir zəlzələ oldu

İstanbulda növbəti zəlzələ olub.

ARANTV.AZ  qafqazinfo-ya istinadən xəbər verir ki, təkanlar bu dəfə Mərmərə dənizinin Silivri sahillərində qeydə alınıb. Zəlzələnin gücü 3,8 bal olub.

Zəlzələ ətraf ərazilərdə də hiss olunub.

Təkanların ocağı 12,23 kilometr dərinlikdə olub.