Biləcəri dairəsində dəhşətli qəza –ÖLƏNLƏR VARYENİLƏNİB
06.09.2025-ci il tarixində saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub.
Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) tibb müəssisəsinə hospitalizasiya olunur.
1 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.
***
Bu gün Biləcəri dairəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin Musavat.com-a verdiyi məlumata görə, körpü ilə hərəkətdə olan iri tonnajlı yük maşını idarəetməni itirərək aşağıda hərəkət edən avtomobillərin üzərinə aşıb.
Qəza nəticəsində bir neçə avtomobil zədələnib. İlkin ehtimala görə, hadisə nəticəsində minik avtomobilində üç, yük avtomobilində olan iki nəfər həlak olub.
Hadisə yerinə dərhal polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Şahanə Rəhimli
Musavat.com