Hadisə 

İsmayıllıda avtomobil aşdı – Ölən var

İsmayıllıda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Kürdeldarbəyli və Gideyli kəndləri arasında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü, 35 yaşlı Gideyli kənd sakini Seymur Məmmədli aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Daha çox xəbərlər