Quşçuluq ferması yandı – 2 min “hinduşka” məhv oldu
İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Sərab rayonunun Əndərab kəndində quşçuluq ferması yanıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan vilayətinin Sərab rayonu polis rəisi polkovnik Tohid Farsi deyib.
T.Farsinin sözlərinə görə, yanğın nəticəsində 2 min ədəd hind toyuğu məhv olub.
Polis rəisi yanğının söndürüldüyünü deyib.
Yanğının səbəbləri araşdırılır.

