Hadisə 

9 nəfərin 60 minə yaxın pulunu ələ keçirdiFOTO

Vətəndaşları paytaxtdan avtomobil gətirmək adı altında aldadan şəxs tutulub.

Musavat.com xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsinin keçirdiyi tədbirlərlə dələduzluqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 32 yaşlı Tural Bağırov saxlanılıb.

T.Bağırovun müxtəlif şəxslərə paytaxtdan münasib qiymətə avtomobil gətirəcəyini vəd edərək onların etimadını qazandığı və bu yolla ümumilikdə 9 nəfəri aldadaraq 58 500 manat məbləğində pul vəsaitini ələ keçirdiyi müəyyənləşib.

Faktla bağlı Naxçıvan ŞPİ-də dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Daha çox xəbərlər