Siyasət 

Sahibə Qafarova BraziliyadaFOTO

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak etmək üçün Braziliyanın Belem şəhərində işgüzar səfərdədir.

Bu barədə Musavat.com-a parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Braziliya Hərbi Hava Qüvvələrinin Belem hava limanında Milli Məclisin sədrini Azərbaycanın Braziliyadakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində nümayəndə heyəti COP30 tədbirlərində iştirak edəcək, sessiyada müzakirə olunan məsələlərə münasibət bildirəcək.

Daha çox xəbərlər