Cəmiyyət 

Vətən müharibəsi şəhidi İbrahim Cəfərovun ildönümündə xatirəsi anılıb

07 noyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Cəfərov İbrahim Şamil oğlunun ildönümüdür. Bu münasibətilə Yenigün kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.

 

Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin əməkdaşı Vüqar Həsənov, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Daha sonra tədbir iştirakçıları şəhid İbrahim Cəfərovun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

#ŞəhidlərimizəEhtiramla #ŞəhidlərÖlməz #VətənVarOlsun

Daha çox xəbərlər