Hadisə 

Bakıda restoranda partlayış – ÖLƏN VAR

Bakıda restoranda baş verən partlayışda xəsarət alan qadın ölüb.

Hadisə noyabrın 7-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “La Villa” restoranda qeydə alınıb.

Belə ki, həmin restoranın mətbəxində partlayış baş verib. Nəticədə Məlahət Cəfərova xəsarət alıb. Ancaq həkimlərinə səyinə baxmayaraq, qadın noyabrın 12-də müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır./Report

Daha çox xəbərlər