Hava 

Qar, şaxta və kəskin soyuqlar gəlir… – Yeni il günü hava BELƏ OLACAQ

Havaların birdən-birə kəskin soyuması cəmiyyətdə ilk növbədə “qar yağacaqmı?” sualını gündəmə gətirir. Xüsusilə, payızın sonu və qışın əvvəlində temperaturun qısa müddətdə sürətlə aşağı düşməsi bir çoxları tərəfindən qar yağışının əsas əlaməti kimi qəbul olunur. Bəs sinoptik baxımdan ani soyuma həqiqətən qar ehtimalını artırır, yoxsa bu, yalnız atmosfer proseslərinin bir hissəsidir?

Hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov KONKRET.az-a bildirib ki, temperaturun birdən-birə kəskin enməsi, həm də kifayət qədər rütubətli və atmosferin qalxan hərəkətli olması qar yağma ehtimalını xeyli artırır.

“Hazırkı proqnozlara əsasən, paytaxt Bakı və sahilyanı ərazilərdə qar yağması ehtimalı aşağıdır, lakin dağlıq rayonlarda, əsasən də şimal və qərb rayonlarında bu göstərici yüksəkdir”.

Ekspert qeyd edir ki, ökəmizin ərazisində və paytaxt Bakıda havanın temperaturunun kəskin aşağı düşməsi çox vaxt soyuq hava kütlələrinin (məsələn, Kara və Skandinaviya arktik antisiklonları) bölgəyə doğru irəliləməsi nəticəsində baş verir.

“İrəliləyən soyuq hava kütlələləri tez-tez Xəzər dənizindən gələn rütubətlə qarşılıqlı əlaqədə olur və yağıntı üçün əlverişli şərait yaradır (temperatur kifayət qədər aşağı olduqda qar yağır). Bu soyuq dövrlərdə çox vaxt güclü xəzri küləyi əsir”.

Daha çox xəbərlər