Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli KİMDİR… – DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri təyin edilib.
Musavat.com Vüsal Nəsirlinin dosyesini təqdim edir:
Vüsal Nəsirli 1978-ci ildə İmişli şəhərində anadan olub. 2002-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsində dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
O, 2001–2009-cu illərdə özəl sektorda müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2009–2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsində direktor müavini, 2013–2018-ci illərdə isə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində işləyib.
Son təyinatınadək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsini tutub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, iki övladı var.
Qeyd edək ki, Vüsal Nəsirli bundan öncə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olub.

