Cəmiyyət 

Ağcabədidə bıçaqlanan 7 yaşlı uşaqdan xəbər var

Ağcabədi rayonunun Aşağı Avşar kəndində bir neçə gün öncə bıçaqlanan 7 yaşlı uşağın son vəziyyəti açıqlanıb.

Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Musavat.com-a bildirilib ki, 04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan 1 nəfər müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 12 yaşı olduğu bildirilir.

Daha çox xəbərlər