Gəncədə ananın imtina etdiyi 40 günlük körpə necədir?
Gəncədə ananın imtina etdiyi 40 günlük körpənin vəziyyəti açıqlanıb.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Musavat.com-a bildirilib ki, 10.02.2026-cı il tarixində saat 12:35 radələrində 2025-ci il təvəllüdlü azyaşlı (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasının Pediatriya şöbəsinə hospitalizasiya olunub:
“Ona yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu təyin olunub. Hazırda körpənin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir”.
Qeyd edək ki, ötən gün “Qafqazinfo”nun yaydığı məlumata görə, körpə qız uşağını anası Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini deyərək körpələr evinə verilməsini istəyib.

