Siyasət 

Vens Bakıdakı erməni cinayətkarlarla bağlı SÖZ verib? – Mühüm GƏLİŞMƏ

“ABŞ-nin vitse-prezidenti Ceyms Di Vens Bakıda məhbusların azad edilməsi məsələsini müzakirə edib”.

Erməni mediasının yazdığına görə, bu barədə vitse-prezidentin mətbuat katibi məlumat verib.

“Prezident Əliyev və vitse-prezident Vens Prezident Trampın Ermənistan və Azərbaycandakı sülh təşəbbüsündə növbəti addımları müzakirə ediblər. Müzakirə əsasən ticarət və rifah, texnologiya və diplomatik əlaqələrlə bağlı mövzular üzrə aparılıb. Tərəflər həmçinin, Trampın Beynəlxalq Sülh və Rifah Yolu (TRIPP marşrutu) üçün müqavilələrin imzalanması və icazələrin verilməsi, eləcə də məhbusların azad edilməsi yolu ilə etimadın yaradılması, Amerika investisiyalarının cəlb olunması və regional iqtisadi inteqrasiya da daxil olmaqla, sonrakı addımları müzakirə ediblər”, – vitse-prezidentin mətbuat katibi bildirib. “Lakin ABŞ tərəfi Azərbaycan tərəfi ilə erməni cinayətkarlarla bağlı hər hansı razılaşmanın əldə edilib-edilmədiyini dəqiqləşdirməyib”, – məlumatda bildirilir.

Ruben Vardanyan, Arayik Arutyunyan və digərlərinin məhkəməsində dövlət  ittihamını müdafiə edənlər açıqlandı - Oxu.az

Vensin mətbuat katibinin sözlərini necə oxumalı? Vitse-prezident erməni cinayətkarlarla bağlı məsələni Bakı qarşısında konkret hansı məzmunda qaldıra və o halda ona hansı cavab verilə bilərdi?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Vensin Bakıda olarkən Azərbaycan Prezidenti ilə görüşdə erməni separatçıların məhkum olunması mövzusunu müzakirə etdiyi istisna deyil:

“Vens ermənilərə vəd etdiyi üçün ola bilsin ki, bəzi fikirlər səsləndirib, lakin bu məsələnin geniş müzakirə olunduğu inandırıcı deyil. Bu məsələ ilə bağlı ABŞ-dən hansısa təzyiqin olması istisnadır. ABŞ Azərbaycanla strateji əməkdaşlığı gücləndirməyə çalışır və əməkdaşlığa zərər verəcək mövzular üzərində xüsusi dayanmaz. Sadəcə Vens Amerika daxilində konqresmenlərin təzyiqi ilə üzləşməmək üçün onun mətbuat katibi həmin açıqlamanı verib. Azərbaycan Prezidenti də şübhəsiz ki, Vensə deyib ki, Bakıda məhkum olunan ermənilər cinayətləri sübuta yetirilmiş cinayətkarlardır və məhkəmə qərarına hakimiyyət qarışa bilməz. Məncə Ceyms Vens də bu cür cavaba hörmətlə yanaşıb. Məsələ bundan o tərəfə keçməyib”.

Etibar Seyidağa,
Musavat.com

Daha çox xəbərlər