Cəmiyyət 

Azərbaycanda xəyanət: həyat yoldaşından təzminat tələb etmək mümkündürmü? – HÜQUQŞÜNASDAN AÇIQLAMA

Azərbaycanda ailə münasibətlərində xəyanət məsələsi tez-tez hüquqi mübahisələrə səbəb olur. Həyat yoldaşı xəyanət edən şəxsə qarşı təzminat tələb etmək mümkün olub-olmaması maraq doğuran suallardandır. Azərbaycan qanunvericiliyi ailə və nikah münasibətlərində tərəflərin həm maddi, həm də mənəvi hüquqlarını müəyyən edir və məhkəmələrdə belə halların həlli fərdi yanaşma tələb edir.
Azərbaycanda xəyanət: həyat yoldaşından təzminat tələb etmək mümkündürmü? - HÜQUQŞÜNASDAN AÇIQLAMAMövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumən bizim qanuvericilik istənilən məsələ üzrə mənəvi zərəri tələb etməyi istisna etmir. Yəni bu icazəlidir. Onun sözlərinə görə boşanma zamanıda istənilən tərəf digər tərəfdən, o cümlədən edilmiş xəyanət nəticəsində vurulmuş mənəvi zərərin əvəzini tələb edə bilər: “Praktikada bunu edən yoxdur. Çünki bizdə digər münasibətlərdə belə mənəvi zərərin əvəzini məhkəmələr çox cuzi məbləğ tuturlar. Buna görədə bu heç kəsə maraqlı deyil. Dünyanın əksər ölkələrində, o cümlədən Avropa ölkələrində boşanma proseduru bizdəki kimi yüngül deyil. Yəni orda boşanma səbəbi araşdırılır.

Orda xəyanət elemnti varsa, mənəvi zərərdən başqa, uşaqlar kiminlə qalmalıdır məsələsi araşdırılır və boşanma daha tez baş verir. Digər hallarda isə boşanma prosesinə çox vaxt gedir. Bizdə isə boşanma prosesi çox sadədir və çox tez bir zamanda boşanmaq mümkündür”.

Daha çox xəbərlər