Gündəm 

TƏCİLİ! İrəvanda həlledici danışıqlar, GÜNDƏLİKDƏ olan əsas məsələ… ÖZƏLFOTO

Xəbər verdiyimiz kimi, baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İrəvanda səfərdədir.

Musavat.com xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Şahin Mustafayev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir. Səfərin də məhz delimitasiya prosesi ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan bir neçə gün öncə sərhədlərin delimitasiyasının yaxın gələcəkdə bitmə ehtimalı olduğunu bildirib.

Musavat.com-un əldə etdiyi məlumata əsasən, görüşdən sonra birgə bəyanatın verilməsi gözlənilir.

Xatırladaq ki, 2022-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Sözügedən komissiyanın son iclası 2025-ci ilin noyabrın 28-də Qəbələ şəhərində olub.

Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə keçirilən sayca 12-ci görüş zamanı tərəflər 2025-ci il yanvarın 16-da keçirilmiş 11-ci görüşün yekunları üzrə əldə olunmuş, delimitasiyası üzrə kompleks işlərin dövlət sərhədinin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılaşmanı qeyd ediblər.

Tərəflər növbəti görüşün tarixini iş qaydasında, Ermənistan Respublikasının şəhərlərindən birində müəyyən etmək barədə razılığa gəliblər. Məhz bu çərçivədə görüş İrəvanda keçirilir.

Nigar Həsənli
Musavat.com

Daha çox xəbərlər