Azərbaycanda kütləvi ZƏHƏRLƏNMƏYENİLƏNİB
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.
Bu barədə TƏBİB məlumat yayıb.
“Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib”, – məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib.
***
Gəncədə kütləvi zəhərlənmə qeydə alınıb.
Musavat.com Report-a istinadla bildirir ki, təxminən ona yaxın şəxs zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına müraciət edib.
Onların arasında uşaq da var:
N. Rüstəmova (1962), A. Teymurlu (1986), İ. Məmmədov (2017), Z. Hüseynova (2015), U. İsyaev (2020), B. Əliyeva (1963), S. Hüseynova (1987), M. İsmayılova (1983).