Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ

By Vüsal Rafiqoğlu
25.07.2026 2 Min Read

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il təxminən 866 milyon insan, yəni hər 9 nəfərdən 1-i qida zəhərlənməsi ilə qarşılaşır. Bu səbəbdən hər il təxminən 1 milyon 520 min nəfər həyatını itirir. Qida zəhərlənməsindən ən çox zərər görən qrup isə 5 yaşdan kiçik uşaqlardır.

Yay aylarında havanın temperaturunun yüksəlməsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Qidaların düzgün saxlanılmaması, çirkli su və buzdan istifadə isə yoluxma riskini daha da artırır.

Musavat.com Türkiyə mətbuatına istinadla qida zəhərlənməsindən qorunmaq üçün 12 vacib qaydanı təqdim edir.

1. Əllərinizi ən azı 20 saniyə yuyun

Yemək hazırlamazdan əvvəl, xüsusilə çiy ət və ya toyuq əti ilə təmasdan sonra, həmçinin tualetdən istifadə etdikdən sonra əllərinizi ən azı 20 saniyə sabun və su ilə yuyun.

2. Çiy və bişmiş qidaları bir-birindən ayrı saxlayın

Mikroblar bir qidadan digərinə asanlıqla keçə bilir. Bu hal çarpaz çirklənmə adlanır və ev şəraitində baş verən qida zəhərlənmələrinin ən geniş yayılmış səbəblərindəndir. Çiy ət, toyuq və balıq məhsulları üçün ayrıca kəsmə taxtası və bıçaq istifadə edin.

3. Qidaları tam və düzgün bişirin

Qidaların təhlükəsiz temperaturda bişirilməsi zərərli mikroorqanizmləri məhv edir. Əksinə, yarımçıq bişmiş yeməklər bakteriyaların sağ qalmasına səbəb olur. Xüsusilə toyuq əti və qiymənin iç hissəsinin tam bişdiyinə əmin olun.

4. Bişmiş yeməkləri otaq temperaturunda saxlamayın

Yay aylarında bakteriyalar sürətlə çoxalır. Bişmiş yeməkləri 2 saatdan artıq otaq temperaturunda saxlamayın.

5. Soyuq zənciri qoruyun

Ət, süd məhsulları və dəniz məhsulları kimi tez xarab olan ərzaqları alış-verişdən sonra mümkün qədər tez soyuducuya qoyun.

6. Meyvə və tərəvəzləri yaxşı yuyun

Torpaq, suvarma suyu və daşınma zamanı meyvə-tərəvəzlərin üzərinə müxtəlif mikroorqanizmlər düşə bilər. Xüsusilə çiy istehlak edilən məhsulları bol axar su altında yuyun.

7. Son istifadə tarixinə diqqət edin

Son istifadə müddəti bitmiş məhsullar infeksiya riskini əhəmiyyətli dərəcədə artırır. Həmçinin qablaşdırması şişmiş, qapağı açılmış və ya görünüşü dəyişmiş məhsulları istifadə etməyin.

8. Açıq havada satılan qidalara ehtiyatla yanaşın

Küçədə və açıq şəraitdə uzun müddət saxlanılan qidalar isti hava səbəbindən tez xarab olur. Xüsusilə südlü şirniyyatlar, ət məhsulları və dəniz məhsulları daha yüksək risk daşıyır.

9. İçkilərə buz əlavə etdirməyin

Çirkli su qida zəhərlənməsinin əsas səbəblərindən biridir. Əgər buz çirkli sudan hazırlanıbsa, o da eyni təhlükəni yaradır. Xüsusilə istirahət və turizm bölgələrində buzlu içkilərdən mümkün qədər uzaq durmaq tövsiyə olunur.

10. Dondurulmuş məhsulları düzgün əridin

Dondurulmuş qidaları otaq temperaturunda saxlamaq bakteriyaların sürətlə çoxalmasına səbəb olur. Bu məhsulları soyuducuda və ya mikrodalğalı sobanın əridilmə rejimində əridin.

11. Etibarlı içməli sudan istifadə edin

Çirkli su çoxsaylı bakteriya, virus və parazitləri daşıya bilər. Buna görə yalnız etibarlı mənbədən əldə olunan içməli sudan istifadə edin.

12. Təzəliyinə əmin olmadığınız qidaları yeməyin

Dəniz məhsulları düzgün şəraitdə saxlanılmadıqda zəhərlənmələrə səbəb ola bilər. Xüsusilə yay aylarında təzəliyinə şübhə etdiyiniz dəniz məhsullarını istehlak etməkdən çəkinin.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Next

Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq

Xəbər lenti

  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026
  • Bakıya DƏHŞƏTLİ İSTİLƏR gəldi – Əhaliyə TƏCİLİ xəbərdarlıq 25.07.2026
  • Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib 24.07.2026
  • Mehriban Əliyevanın başlatdığı ifşanın davamı… 24.07.2026
  • Külək güclənəcək – XƏBƏRDARLIQ 24.07.2026
  • Həkim də XƏBƏRDARLIQ etdi – Həftəsonu… 24.07.2026
  • Bakının ən gənc və ən yaşlı icra başçıları kimlərdir? – 49 yaşdan 66 yaşa qədər… 24.07.2026
  • Nazirlikdən yanğın təhlükəsi ilə bağlı əhaliyə müraciət 24.07.2026
  • Şəhid anası böyrəyini qızına verdi 24.07.2026
  • Polkovnik-leytenant Rəşad Atakişiyevin şəhidlik zirvəsinə ucaldığı gündür 24.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv