Miqrasiya sahəsində 28 xidmətdən 27-si elektronlaşdırılıb

Miqrasiya sahəsində 28 xidmətdən 27-si elektronlaşdırılıb

Dövlət Miqrasiya Xidmətində (DMX) “Miqrasiya sahəsində media məlumatlılığı” mövzusunda mediatur təşkil edilib.

Musavat.com xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin məsul əməkdaşı Aygül Abbaszadə “Azərbaycanda miqrasiya idarəçiliyi, xidmətləri və miqrasiya tendensiyaları mövzusunda” təqdimatla çıxış edib.

Xidmət rəsmisi bildirib ki, hazırda DMX tərəfindən 28 xidmət göstərilir, bunlardan 27-si elektronlaşdırılıb:

“Asan xidmət mərkəzlərində 22 xidmət göstərilir. Ödənişsiz əsasda göstərilən xidmətlərin sayı isə 16-dır. Yalnız qaçqınlara yönəlik xidmətin elektronlaşması mümkün olmur. Çünki əksər hallarda onların sənədləri olmur. Yaxud sərhədi qanunsuz keçmə halları qeydə alınır. Təcrübədə təhsilsiz qaçqınlarla bağlı vəziyyət də mövcud olduğu üçün hələ ki, qaçqınlara münasibətdə miqrasiya xidmətinin elektronlaşdırılması mümkün deyil”.