DMX rəisi Azərbaycanda yaşamaq icazəsi üçün müraciətlərin sayını açıqladı

DMX rəisi Azərbaycanda yaşamaq icazəsi üçün müraciətlərin sayını açıqladı

“Yaşama icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı 38 884 müraciət qəbul edilib”.

ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov mediatur çərçivəsində bildirib.

Xidmət rəisi vurğulayıb ki, müvəqqəti yaşama icazəsi üçün 36 213 müraciət edilib:

“Daimi yaşama icazəsi üçün 2671 müraciət daxil olub. İş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı 5087 müraciət daxil olub”.

Nigar Həsənli
Musavat.com