Qonşusu ilə savaşan qadın intihara cəhd etdi
Gəncədə qadın özünü öldürmək istəyib.
ARANTV.AZ-ın xəbərinə görə, şəhər sakini 1980-ci il təvəllüdlü M.Q çoxlu dərman həbləri qəbul edərək özünü zəhərləyib.
Xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib və həyatını xilas etmək mümkün olub. M.Q-nın hansı səbəbdən intihara cəhd etdiyi hələ ki, məlum deyil.
İlkin dindirmə zamanı o, qonşusu ilə münaqişəyə görə özünü öldürmək istədiyini deyib
Faktla bağlı araşdırma aparılır.“Qafqazinfo

