Ərdoğan: “Azərbaycanla birgə enerji layihələri regionda sabitliyə yönəlib”
Azərbaycanla birgə enerji layihələri regionda sabitliyə yönəlib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri Georgi Qaxariya ilə birgə mətbuat konfransında deyib.
R.T.Ərdoğan bildirib ki, Trans-Anadolu qaz kəməri (TANAP), Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi layihələr regionda ən vacib enerji layihələrindəndir.
O əlavə edib ki, vacib layihələrdən biri həm də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir.

