Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır…

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır…

Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallardır.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı bildirilib.

Telefon danışığında TRİPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.

Ermənistan ərazisində TRİPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub.

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir