Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Vətən Müharibəsi iştirakçısının həyat yoldaşı prezidentə müraciət etdi – FOTO/VİDEO

By Vüsal Rafiqoğlu
13.02.2021 4 Min Read

Hazırda günahsız saxlanılan Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun həyat yoldaşı Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

ARANTV.AZ  xəbər verir ki, hərbçinin həyat yoldaşı müraciətində Ziya Kazımovun 19 il müddətində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xüsusi təyinatlı, snayper və kəşfiyyatçı komandir kimi qüsursuz xidmət ediyini və Ali Baş Komandan və Müdafiə Nazirliyinin yüksək zabit heyətinin əmrlərini layiqincə yerinə yetirdiyini və bu xidmətinə görə təltif olunduğunu bildirib.

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan hərbçi xanımı Hərbi Prokurorluqda həyat yoldaşının işi ilə bağlı təhqiqatın obyektiv aparıldığına inamsızlığını bildirib. O, Prezidentə müraciətində Ziya Kazımovun böhtan atılaraq günahsız saxlanıldığını bildirib və bu işi şəxsi nəzarətinə götürməyini rica edib.

Müraciətdə qeyd edilib ki, Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıqlar (sol ayaq, sağ və sol əl barmaqlarında) alaraq şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılıb hospitala təxliyə edilən mayor  09 noyabr 2020-ci il tarixində hospitala qəbul olunduğu gün travmalı döyüşçünüz Bakı şəhər Prokurorluğunun əməkdaşı tərəfindən aldadılaraq hospitaldan Hərbi Prokurorluğa aparılıb:

“Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalov və onun himayədarları həyat yoldaşımın xəstəliyindən istifadə edərək, 2017-ci ildə baş verən hansısa cinayət işini onun qarşısına qoyaraq imzalatmaq istəyiblər.

Polkovnik-leytenant Ağakişi Acalov onun qol çəkmədiyini gördükdə, ona “Sən yaralısan və müalicəyə ehtiyacın var”, – deyib. Lakin sonra “Amma psixoloji vəziyyətin hospitalda səni saxlamağımıza imkan vermir. Kiməsə ziyan verə bilərsən. Gəl, sən bunu imzala ki, biz səni polis nəzarətində hospitalda müalicə edək. Yoxsa sənə kömək edə bilməyəcəyik”, – deyə aldatmağa çalışıb.

Həyat yoldaşımın qol çəkmədiyini gördükdə, onu general-mayor Şəfahət İmanovun yanına aparıblar. Onların nə istədiyini anlamayan həyat yoldaşım heç nəyə qol çəkməyəcəyini deyərək, hospitala göndərilməsini istəyib. Edilən təzyiqlərə baxmayaraq, həyat yoldaşımın imza atmadığını görən adıçəkilən şəxslər ona döyüşdən yayındığını deyiblər. Onun qarşısına “Biz sənə yaxşılıq edirik. Gəl, ağıllı ol, ya səni vətən xaini kimi verəcəyik, ya da 2017-ci ildəki cinayət işinə imza at” şərti qoyulub.

Yoldaşım elə həmin gün, yəni 9 noyabr 2020-ci il tarixində general-mayor Şəfahət İmanovun göstərişi ilə tələm-tələsik məhkəməyə aparılıb. Bakı hərbi Məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə məhkəmə keçirilib. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Telman Əliyev həyat yoldaşıma guya dövlət tərəfindən təyin olunmuş vəkil kimi çıxış edib.

Belə ki, Hərbi Prokurorluğun təsiri ilə hakim Rafiq Abbasov tərəfindən Şuşada döyüşlərin getdiyi gün – 09 noyabr 2020-ci il tarixində 2017-ci ilin cinayət işinə görə 3 (üç) il, bundan öncəki işə görə isə hospitala yenicə qəbul edilmiş döyüşçü barəsində ağır və xüsusilə ağır cinayət törədənlərə münasibətdə olduğu kimi 4 (dörd) aylıq həbs qətimkan tədbiri seçilib.

Həyat yoldaşım həbsetmənin müddəti 09 noyabr 2020-ci il tarixindən hesablanmaqla, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında yerləşdirilib. Hərbi Prokurorluq tərəfindən xüsusi nəzarətə alınması istənilib, ailəsi ilə görüş və telefon danışıq hüququndan məhrum edilib. Həyat yoldaşımın barəsində həbs qətimkan tədbiri haqqında qərara baxdıqda, hakim Rafiq Abbasovun məhkəmə protokollarında saxtalaşdırma edərək həyat yoldaşımın özünü təqsirkar bildiyini yazdırdığı üzə çıxır”.

Müraciətdə həyat yoldaşının günahsız olduğunu vurğulayan hərbçi xanımı buna əmin olduğunu, iki övladı ilə onun yolunu gözlədiyini bildirərək, Prezidentdən zabitin azad olunması üçün işin nəzarətə götürülməsini xahiş edib.

Qeyd edək ki, mayor Kazımov Ziya Məhəddin oğlunun hərbi hissəsinin Lələ-illah dağının qarşısındakı düşmən qüvvələrini məhv edərək həmin yüksəkliyi və düşmən mövqelərini almaqla başlayan döyüş yolu Cəbrayıl, Hadrut, Füzuli və Şuşayadək uzanıb. Xanımı həyat yoldaşının döyüş yolunu belə təsvir edib:

“60-a yaxın şəhid və 120-dən çox qazisi olan hərbi hissəsi ilə birlikdə Lələ-illah dağının qarşısındakı yüksəklik və mövqeləri, Cəbrayıla gedən yolun üzərində yerləşən və ermənilər üçün xüsusi əhəmiyyətə malik “qırmızı manqa”  adlandırılan düşmən mövqeyini, düşmənin Araz çayı boyunca möhkəmləndirdiyi mövqelərini, həmçinin 2-ci Ordu Korpusu komandirinin əmri ilə Milli qəhrəman, polkovnik Şükür Həmidovun sərəncamı altında digər hərbi hissələrimizin köməyinə gedərək, kənd Horadiz və Nüzgar kəndləri istiqamətində Ordumuzun hərəkətini altı gün ərzində məhdudlaşdıran düşmənin iki mövqeyini bir günə darmadağın edərək hücumun davam etdirilməsinə şərait yaradıb.

Daha sonra 2-ci Ordu Korpusu komandirinin sərəncamında düşmənin arxasına keçərək Qarakollu, Qarazıllı,Yuxarı Rafadanlı, Aşağı Rafadanlı, Yuxarı Güzlək, Xatınbulaq, Mollavəlili, Qarğabazar və digər kəndləri, Şabandağ və başqa yüksəklikləri şəxsən öz hərbi hissəsi ilə birgə düşməndən azad edib. Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub.

10-dan çox özüyeriyən top, 10-dan çox zirehli texnika, 20-dən çox avtomobil texnikası, çoxlu silah-sursat, əşya və əmlak, sənəd və sübut, xəritə və iki erməni əsgəri komandirlik etdiyi hərbi hissə tərəfindən Azərbaycan ordusuna təhvil verilib.

Əgər mənim həyat yoldaşım 2017-ci ildə baş vermiş cinayət işində (dörd il bundan öncəki) təqsirli bilinirsə, nə üçün bu müddət ərzində rütbə və vəzifələri artırılıb? Nə üçün hərbi hissə komandiri kimi müqəddəs döyüş tapşırığını yerinə yetirib?”

Zabitin xanımı müraciətinin sonunda prezident İlham Əliyevdən həyat yoldaşının işini şəxsi nəzarətə götürməyini xahiş edir.

Unikal.org

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Fevralın 26-sı ABŞ-ın Minnesota ştatında Azərbaycan Günü elan edildi – FOTO

Next

Qarabağ döyüşlərində itkin düşmüş hərbçimizin nəşi tapılıb

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv