Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq

By Vüsal Rafiqoğlu
10.07.2026 2 Min Read

Çinlə Azərbaycan arasında birbaşa aviareyslərin açılması turizm və iqtisadi əlaqələrdə yeni mərhələ vəd edir. Gələn ilin mayından etibarən “China Eastern Airlines” vasitəsilə istifadəyə veriləcək yeni hava xəttinin ölkəyə turist axınını nə dərəcədə artıracağı, bunun turizm sektoruna və biznes mühitinə hansı töhfələri verəcəyi maraq doğurur.

Çindən Azərbaycana turist axını artıb

Yeni reyslər Azərbaycanı Çin bazarı üçün daha əlçatan edəcəkmi? Bu addım iki ölkə arasında ticarət və investisiya əlaqələrinin genişlənməsinə necə təsir edəcək? Bəs çinli turistləri Azərbaycana cəlb etmək üçün təkcə birbaşa uçuşlar kifayət edəcəkmi?

Liberal iqtisadçılar Birliyinin sədri Akif Nəsirli Musavat.com-a deyib ki, birbaşa aviareyslərin açılması iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin inkişafı baxımından mühüm addımdır: “Birbaşa uçuşların başlaması ilk növbədə səyahət müddətini və xərclərini azaldacaq, bu da həm turistlərin, həm də işgüzar səfərlərin sayının artmasına müsbət təsir göstərə bilər. Xüsusilə, böyük turizm bazarına malik olan Çindən Azərbaycana gələn turistlərin sayının mərhələli şəkildə artacağı gözlənilir. Bununla yanaşı, bu addım yalnız turizm deyil, həm də ticarət, logistika və investisiya əlaqələrinin inkişafına əlavə imkanlar yaradacaq. İş adamlarının qarşılıqlı səfərlərinin asanlaşması yeni əməkdaşlıqların qurulmasına, sərmayələrin cəlb edilməsinə və biznes əlaqələrinin genişlənməsinə müsbət təsir göstərə bilər. Azərbaycanın Orta Dəhlizdə yerləşməsi və Çinlə iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi baxımından bu cür nəqliyyat bağlantıları xüsusi əhəmiyyət daşıyır”.

İqtisadçı-ekspert Akif Nəsirli: "Hökumət iqtisadiyyata nadir hallarda  qarışmalıdır" - MÜSAHİBƏ - VİDEO

İqtisadçı əlavə edib ki, bununla belə birbaşa reyslərin açılması özlüyündə kifayət deyil: “Çinli turistlərin Azərbaycana marağının davamlı şəkildə artması üçün ölkənin həmin bazarda daha fəal tanıdılması vacibdir. Çin dilində turizm platformalarının yaradılması, rəqəmsal reklam kampaniyalarının genişləndirilməsi, turizm sərgilərində aktiv iştirak, bələdçi və xidmət sektorunda Çin dilini bilən kadrların hazırlanması, həmçinin Çin turistlərinin gözləntilərinə uyğun xidmət keyfiyyətinin artırılması mühüm amillərdir. Eyni zamanda, viza prosedurlarının mümkün qədər sadələşdirilməsi, elektron xidmətlərin genişləndirilməsi və Çin turistlərinin üstünlük verdiyi ödəniş sistemlərinin tətbiqi də onların Azərbaycanı seçməsinə müsbət təsir göstərə bilər. Nəticə etibarilə, birbaşa aviareyslər mühüm başlanğıcdır və Azərbaycanı Çin bazarı üçün daha əlçatan edəcək. Lakin bu potensialın tam reallaşması üçün nəqliyyat imkanları ilə yanaşı, güclü marketinq strategiyası, turizm infrastrukturunun inkişafı və biznes mühitinin daha da təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi zəruridir. Bu yanaşma həm turist axınının artmasına, həm də iki ölkə arasında iqtisadi əməkdaşlığın daha sürətlə genişlənməsinə şərait yarada bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

70 manat rüsum ödəyəcəklər

Next

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Xəbər lenti

  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv