Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Azərbaycanda nə qədər KİV qurumu, nə qədər jurnalist var?.. Təəccüb doğuran rəqəmlər ortaya çıxır

By Vüsal Rafiqoğlu
25.02.2021 4 Min Read

İstənilən sahədə inkişaf proqramları hazırlanarkən,  ilk növbədə, statistik rəqəmlərə istinad olunur. Hansı nöqtədən hərəkət ediləcəyi, hansı nöqtəyə varılacağı barədə təsəvvür formalaşdırmaq üçün rəqəmlərin müqayisəsi verilir. 

Azərbaycanda KİV qurumları, onların tirajı, auditoriyası, KİV-də çalışanların sayı barədə dəqiq, konkretləşmiş statistik  məlumat yoxdur. Çünki bu statistikanı, geniş anlamda desək, KİV-lər haqqında informasiya bankını hazırlayacaq, elan edəcək vahid struktur yoxdur. Azərbaycan Respublikasında  medianın tənzimlənməsi prosesini 2001-ci ilədək mərkəzi icra hakimiyyəti orqanı qismində Mətbuat və İnformasiya Nazirliyi (MİN) icra edib. KİV-lərin qeydiyyatı, fəaliyyət istiqamətləri, tirajı və s. barədə statistik məlumatlar MİN-də toplanılıb. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib.

Bundan sonra Azərbaycanda KİV qurumlarının sayı, tirajı, KİV-də çalışanların statistik göstəriciləri  barədə məlumatlar konkret qurumda toplanılmyıb; ölkədə tiraj komissiyası da mövcud deyil. Qeydiyyatda olan KİV-lərin sayı barədə məlumatlar ayrı-ayrı dövlət qurumlarının əlində cəmləşib. Çap medianın statistikası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, onlayn medianın/xəbər portallarının statistikası Vergilər Nazirliyində (indi-İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidməti), elektron medianın statistikası isə Milli Televiziya və Radio Şurasında toplanır. Həmin qurumların verdikləri məlumatlar isə, çox zaman, biri-digərini inkar edir, uyğunsuzluq yaranır. Mövcud KİV qurumlarının sayı barədə danışarkən, biri 5.000 (beş min), digəri 5.500 (beş min beş yüz), bir başqası isə 6000 (altı min) rəqəmini işlədir. Jurnalistlərin sayı barədə statistika isə, ümumiyyətlə, bərbaddır.

Burada 3000 (üç min) nəfərdən başlamış 24000 (iyirmi dörd min) nəfərə qədər ən müxtəlif rəqəmlər səsləndirilir. Çünki koordinasiya yoxdur, vahid metodologiya da yoxdur, hər kəs öz “zövqünə”, hesablama metoduna, informasiya mənbələrinə əlçatımlıq imkanlarına görə danışır. Nəticədə bərbad durum alınır. Açıqlanmış məlumatları uyğunlaşdırmağa çalışmışam: 3 qurumdan verilən statistik məlumatların yekununa görə, ölkədə ümumilkdə 5.510 (beş min, beş yüz on) KİV qurumu qeydə alınıb.

Problem təkcə rəqəmlərdən birinin digəri ilə uyğunsuzluğunda deyil, problem həm də sadalanan rəqəmlərin heç birinin reallığı əks etdirməməsindədir. İş elə gətirib ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlardan birinin hazırladığı hesabatla tanış olmuşam. Ölkəmizdə fəaliyyət göstərən KİV-lərin sayı, tirajları, jurnalistlərin sayı və sair barədə müfəssəl məlumat verən bir hesabatdır. Rəqəmi burada yazmıram, çünki təqdimat konfedensial olub, açıqlanmamasını rica ediblər, sadəcə ekspert qismində mövqeyimi soruşublar. Amma onu deyə bilərəm ki, aradakı uyğunsuzluq çox böyükdür, 10 dəfələrlə fərqlidir, təəccüb doğurur. Onlar işləyirlər, işlərində peşəkardırlar: mövzu barədə danışmaq, təklif vermək, problem qaldırmaq üçün ilk növbədə statistik məlumatları toplayırlar, bu məlumatların reallıqla uyğunluğunu araşdırırlar. Bizdə isə pafos yüksəkdir; mövzu ətrafında saatlarla danışılır, amma nə rəqəmlərin müqayisəsi aparılır, nə də real faktlara istinad olunur. Beynəlxalq media məkanına inteqrasiyadan danışırıq, əməkdaşlıqdan bəhs edirik, amma əlimizdə düzgün statistika da yoxdur. Yanlış statistika ilə danışmaq qeyri-ciddi görünür, qarşı tərəfdə etimadı öldürür.

Diqqətimi çəkən məqam həm də hesabatın hazırlanması metodologiyasıdır. Bizdə KİV-lərin sayı barədə danışarkən rəsmən qeydə alınmış KİV-lərdən bəhs edirlər. KİV qurumu qeydə alınıb, amma fəaliyyət göstərirmi? Buna baxan yoxdur. Onlar isə, real fəaliyyət göstərən, fəaliyyəti KİV standartlarına uyğun gələn KİV-lərdən bəhs edirlər. Problemin kökü də buradadır: KİV qurumu nədir, onun standartları nədir, hansı statusları və öhdəlikləri var – məsələsində aydın təsəvvürlərə malikdirlər. Azərbaycanın KİV haqqında mövcud qanunvericiliyi ənənəvi medianın standartlarının təsvirini verir.  “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü (Əsas anlayışlar) və 28-ci maddələrində (İstinad məlumatlar),  “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci və 28-ci maddələrində bu təsvirlərlə tanış olmaq mümkündür. Amma onlayn media haqqında bunu demək çətindir. Son 20 il müddətində onlayn medianın intişar tapmasına, Azərbaycanın media məkanında böyük paya malik olmasına rəğmən, onun standartları hələ də müəyyənləşdirilməyib. Ayrı-ayrı ölkələrdə bu standartlar yaradılıb, statusları, çevrələri müəyyənləşdirilib.

Məsələn, Rusiya Federasiyasında izləyici sayı 3 min nəfəri keçən onlayn informasiya resursu KİV qurumu kimi qeydə götürülür və ondan KİV haqqında qanunun tələblərinə əməl etməsi istənlir. Fərqli ölələrdə çeşidli modellər mövcuddur. Azərbaycan isə  bu sahədə istisnadır. Bir kompüteri, mobil telefonu, sosial şəbəkədə hesabı olan hər kəs özünü “KİV qurumu”, “jurnalist” adlandırılır, status davası aparır, reklam istəyir, imtiyaz almağa çalışır. Məsuliyyət məsələsinə gəldikdə isə… Xaotik bir durumdur, hər kəs öz standartını tətbiq edir və bunu “jurnalistika” adlandırır. Onları qınamaq da olmur. Çünki 20 il müddətində onlayn medianın status və standartları müəyyənləşdirilməyib. KİV qurumunun statusu, standartı mövcud deyilsə, burada çalışanların kəmiyyəti və statusu barədə informasiyanın  formalaşdırılması da imkansızdır.

KİV-in maliyyə mənbəyinin formalaşmasında müstəsna əhəmiyyət daşıyan reklam və elan məsələsinə münasibət də bu kontekstdəndir. Beynəlxalq standartlara görə, müstəqil KİV qurumunun gəlirlərinin minimum 75%-i reklamlardan, elanların dərcindən formalaşır. Reklamların hansı KİV-ə verilməsi üçün də standartlar formalaşıb, daşlaşıb. KİV qurumunun tirajı, dövriliyi, audotirayasının zövqü və sair amillər əsas götürülür. Ölkəmizdə isə bunun “efektiv” yolu “kəşf edilib”. Hər nazirliyin, icra qurumunun “öz qəzeti” var, reklam və elanlarını həmin KİV-lər üzərindən realizə edirlər. Reklam və elan bölgüsü inzibati-amirlik metoduyla həll edilir. Ölkənin informasiya yükünü daşıyan KİV-lər qalır bir kənarda, reklam və elanlar  paylanılır başqa müstəvidə… Belə davam edə bilməz və etməməlidir. Media mühitinin şəffaflaşdırılmasına, azad rəqabət mühiti və reklam bazarının inkişafı üçün addımlar atılmasına, mediada hökm sürən mənfi tendensiyanın aradan qaldırılmasına ehtiyac var.

Ölkəmizdə medianın xaotik vəziyyətdən strateji inkişaf yoluna qədəm qoyması üçün dərin islahatların aparılması labüddür və bu proses başlayıb. KİVDF-nin ləğv edilməsi və Media İnkişaf Agentliyinin yaradılması bu istiqamətində hələ ilk  addımdır, davamı olmalıdır. Medianın bütün qütblərinin  fəaliyyətini tənzimləyən yeni qanun hazırlanmalıdır. Bu qanun, təsnifatından asılı olmayaraq, bütün media quruluşlarının standartlarını müəyyən etməlidir. Jurnalistin statusu ilə sadəcə sosial şəbəkə istifadəçisi olanlar arasındakı sərhəd müəyyənləşdirilməlidir. Lakin bu işin uğurla tamamlanması hər birimizdən asılıdır. İslahata dəstək vermək medianı xaotik durumdan qurtarmaq yolunda mücadiləyə bir töhvədir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

COVID-19-dan ölənlərin sayı 2.5 milyonu ötdü

Next

Ən çox qar bu rayona yağdı – VİDEO

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv