Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan Türkiyədən hansı yeni silahları ala bilər? – TƏHLİL

By Vüsal Rafiqoğlu
02.03.2021 3 Min Read

Azərbaycanla Türkiyə arasında hərbi-texniki əməkdaşlıq strateji partnyorluq və iki dost ölkə əlaqələrinin ruhuna uyğun şəkildə davam edir.

Prezident İlham Əliyevin fevralın 26-da xarici və yerli jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Azərbaycan-Türkiyə münasibətlərinin dərinləşməsi barədə bəyanatları belə deməyə əsas verir.

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq iki ölkə arasında 2010-cu ilin avqustunda imzalanan müqavilə ilə tənzimlənir. Sənəd “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” Müqavilə adlanır.

2020-ci ilin mayın 31-də isə Milli Məclis hərbi əməkdaşlığı daha da dərinləşdirən sənədi ratifkasiya edib. Söhbət “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” sazişdən gedir.

Sazişdə nələr nəzərdə tutulub?

Saziş Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır.

Bu saziş Türkiyə hökuməti tərəfindən Azərbaycan hökumətinə ayrılan maliyyə əməkdaşlığına əsaslanır. Vəsait Türkiyənin milli qanunvericiliyinə uyğun olaraq və illik smeta üzrə təsisatları çərçivəsində ayrılacaq.

Sənəd ümumilikdə 200 milyon türk lirəsi həcmində Türkiyədə istehsalla məşğul olan yerli müəssisələrdən hərbi məqsədlərlə mal və xidmətlərin satın alınmasına istifadə edilməsinə dair əsaslar müəyyənləşdirir.

İlham Əliyev Türkiyə silahlarını yüksək qiymətləndirir

Türkiyə Azərbaycanın 2020-ci ilin sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatlarında rəsmi Bakıya siyasi-diplomatik dəstək verib. Noybrın 10-na qədər davam edən müharibədə Azərbaycanın keçirdiyi əməliyyatlar zamanı Türkiyə istehsalı olan silahlar – əsasən də “Bayraktar TB2” pilotsuz zərbə aparatları mühüm çəkiyə malik olub.

Prezident İlham Əliyev mətbuat konfransında deyib ki, müharibə dövründə bütün dünya Türkiyə müdafiə sənayesinin keyfiyyətini gördü.

“Bu, artıq dünya üçün sirr deyil. Türkiyə istehsalı olan müdafiə sistemlərindən Azərbaycan məharətlə istifadə edib və müharibədə bu, bizə böyük üstünlük təmin edib. Müharibədən sonra da bu təmaslar davam edir”, – deyən Prezident Türkiyədən Azərbaycana yeni nəsil silahların tədarükünü anons edib.

“Türkiyədə istehsal olunan ən müasir silah növlərinin Azərbaycana gətirilməsi üçün razılaşma əldə edilib. Yeni kontraktlar imzalanıb və bu, bizim hərbi qüdrətimizi böyük dərəcədə gücləndirəcək”, – deyə İlham Əliyev bildirib.

Türkiyənin yeni silah sürprizləri

2021-ci ildən etibarən Türkiyənin hərbi sənayesində yeni növ silahların istehsal olunacağı barədə yazılar dərc olunur.

Türkiyə 2021-ci ildən etibarən daha yüksək taktiki-texniki göstəricilərə və döyüş qabiliyyətinə malik olan “Aksungur” və “Akıncı” pilotsuz kəşfiyyat-döyüş təyyarələrinin də seriya istehsalına başladığını elan edib.

Bundan əlavə, Türkiyənin “ROKETSAN” şirkəti MAM-L “ağıllı” raketinin mənzilini iki dəfə artırıb.

“ROKETSAN” İkinci Qarabağ Müharibəsindəki təcrübəni nəzərə alaraq bu addımı atıb. MAM-L “Bayraktar”ın, “Akıncı” və “Aksungur” pilotsuz döyüş aparatlarının əsas silahıdır.

Modifikasiyaya əsasən, bu raketlər indi hədəfi 8 kilometrdən deyil, 15 kilometrdən vura biləcək.

Əlavə olaraq, “ROKETSAN”ın hazırladığı “SUNGUR” yaxın mənzilli hava hücumundan müdafiə sistemi tətbiq edilib. Kompleks “Ejder Yalçın” zirehli avtomobilinin üzərində quraşdırılıb. “SUNGUR” yaxın mənzilli hava hədəfini yüksək dəqiqliklə vurur.

Türkiyə istehsalı silahlar beşinci nəsildir, döyüş əməliyyatlarında çevik və operativliyi, dəqiq zərbələri ilə böyük üstünlüklər qazanır.

Düşünmək olar ki, Azərbaycan öz ordusunu daha da müasirləşdirərkən Türkiyədən yuxarıda adı çəkilən yeni silahları əldə edə bilər.

Digər bir məsələ isə Azərbaycan Ordusunun ən müasir standartlara uyğun yenidən qurulmasıdır, bunun üçün isə ən məqbul model Türkiyə modelidir.

Prezident İlham Əliyev deyib: “Bizim ordumuz daha güclü, daha müasir olmalıdır. Türk Silahlı Qüvvələrinin modeli bizim üçün ən məqbul modeldir. Bundan sonra bu istiqamətdə də bərabər çalışacağıq”.

İlham Əliyev dediklərindən çıxarılan iki nəticə: Azərbaycan ən müasir silahları Türkiyədən tədarük edəcək. İkincisi isə Azərbaycan Ordusu Türkiyə modelində olacaq, bu isə əlavə üstünlüklər vəd edir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Fazil Mustafa Operativ Qərargahı sərt tənqid etdi: “İsti otaqda oturub…”

Next

Fevralda nə qədər şəxsə əmək pensiyası təyin olunub?

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv