Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Şəhidlik adınız mübarək, yeriniz cənnət olsun!

By Vüsal Rafiqoğlu
07.06.2021 4 Min Read

Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil aldığımız müddətdə dekanımız, şəxsi keyfiyyətləri ilə əsl ziyalı kimi hörmət qazanan Nurəddin Babayev bu peşənin böyük məsuliyyət, obyektivlik, hadisələrə ictimai fikir baxımından yanaşmanı tələb etdiyini xatırlatmaqla onu da əlavə etdi ki, statistik rəqəmlərə görə az ömür sürənlər arasında jurnalistlər sayca çoxluq təşkil edir. Qəzalarda, təbii fəlakət zonalarında, cəbhə bölgələrində ölənlər arasında da qələm sahiblərinin sayı az deyil. Sovetlərin vaxtında, necə deyərlər bir ailənin üzvü kimi mehribanlıq şəraitində yaşadığımız üçün bu göstəricilər bizə qəribə gəlirdi. Sovet ideologiyasının hakim olduğu, senzuranın qadağalarının hökm sürdüyü bir vaxtda dünya hadisələrindən xəbər tutmaq, xarici ölkələrdə baş verənlər barədə informasiya almaq yasaq edildiyindən «ümumi evimiz»də qapalı şəraitdə yaşayırdıq . Buna görə də Nurəddin müəllimin jurnalistlərin həyatı ilə bağlı bu cür açıqlaması bizə qəribə gəlirdi.

Müstəqillik qazandıqdan, beynəlxalq aləmlə əlaqələrimiz genişləndikdən sonra dünyaya başqa pəncərədən baxmağımız hadisələrə baxış bucağımızı da dəyişdi. Gördük ki, əzəli düşmənimiz, bir ailənin üzvü olduğumuz zamanlarda belə üzümüzə gülüb, ayağımızın altını qazan ermənilər Azərbaycana qarşı, mənfur niyyətlərini, terrorlarını bir an olsun belə dayandırmamış, əksinə, düşmən siyasətlərini daha geniş miqyasda davam etdirmişlər. Metroda, avtobuslarda terrorlar törətməklə xalqımıza qarşı nifrətlərini bildirən daşnak soysuzları Dağlıq Qarabağ münaqişəsini yaratmaqla azərbaycanlılara qarşı kütləvi qırğınlara başladılar. Xocalı soyqırımı, Başlıbel faciəsi kimi qırğınlar törətdilər.

Torpaqlarımızı 30 il işğal altında saxlayan erməni quldurlarının hərbçiləri demirik, qətlə yetirdikləri dinc, mülki azərbaycanlıların sayı yüzlərlədir. Ötən il ermənilərin müharibə bölgəsindən xeyli kənarda yerləşən Gəncəyə, Tərtərə, Qəbələyə atdıqları raketlər nəticəsində ölənlərin ağrı-acısı sağalmayıb. Körpələrə belə rəhm etməyib onları qətlə yetirən, öldürülən hər azərbaycanlı üçün qürrələnən azğın ermənilərə gözün üstə qaşın var deyən tapılmadı. İstifadəsi qadağan olunan «İsgəndər- M»i Şuşaya atanın, bu qorxunc silahı Ermənistana gətirənin kimliyi gizlədildi. Bu kimi onlarla qanlı qırğınların müəllifi olan Ermənistana havadarlığın acı nəticələrindən biri də bu günlərdə Kəlbəcərdə baş verən hadisədir. İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AZTV) çəkiliş qruplarının üzvləri erməni vəhşiliyini, dağıdılmış yaşayış məntəqələrindəki vəziyyəti xalqa çatdırırdılar. İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində jurnalistləri aparan nəqliyyat vasitəsinin ermənilər tərəfindən basdırılmış tank əleyhinə minaya düşməsi nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov, Susuzluq kənd icra nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşlar. Yaralananlar da var. Hadisə ilə bağlı Medianın İnkişafı Agentliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının birgə məlumatları yayılıb, erməni terrorçularının hərəkətləri pislənilib. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin geniş iclasında jurnalistlərin həlak olması ilə bağlı xarici media qurumlarına , beynəlxalq təşkilatlara müraciətlər qəbul olunub.

BMT-nin Təhlükəsizlik Şurasının 1738 saylı qətnaməsində qeyd edilənləri, 1949-cu ildə qəbul olunan Minalar Əleyhinə Cenevrə Konvensiyasına və Əlavə Protokolunu pozan bu hadisəyə beynəlxalq təşkilatların reaksiyası necədir? Ermənistanın Azərbaycana qarşı 30 illik işğalçılıq siyasətinə göz yuman, Xocalı soyqırımını hələ də tanımayan nüfuzlu beynəlxalq təşkilatlar yenə də kar, kor olublar.

Cəmi bir neçə gün bundan əvvəl Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında təxribat törətməyə cəhd göstərən erməni terrorçularının həbsindən narahat olan və onların tezliklə azad edilməsini tələb edən Avropa İttifaqı üçün hadisə zamanı həlak olan jurnalistlərin, mülki şəxsin qətli təbii və qəbulolunandır. Çünki ölən azərbaycanlı, öldürən dayılarının ərköyünü ermənilərdir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir iş görməyən, fəaliyyətlərini bölgəyə turist səfəri xarakteri daşıdığını etiraf edən, hələ də yarıtmadıqları işlərini davam etdirmək niyyətində olan Minsk qrupunun həmsədrləri 30 illik yuxularından ayılmayıblar. Həminə işğalçını dəstəkləyən «Sərhədsiz Reportyorlar» Ermənistanın sərhədlərindən çıxmaq istəmirlər. «Freedom House», «Amnesty İnternational», «Human Rights Watch», «Transparensu İnternational» kimi digər qurumlar da Qərb təşkilatları kimi səssizdirlər. Ermənistanın ən güclü müdafiəçisi, Afrika qitəsində törətdikləri cinayətləri ilə minlərlə günahsız insanı qətlə yetirən Fransada da erməni quldurlarının azərbaycanlıların öldürülməsini təbii qəbul olunur.

…Əfsanəyə görə Səməndər adlı bir quş var və odda yaşayır. Yanıb-yanıb kül olur. Lakin külün ortasındakı qor yumurtaya çevrilir və yenidən Səməndər quşu peyda olur. Azərbaycan jurnalistikasında imzası ilə tanınan, Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi müddətdə erməni terrorunun qurbanı olan Salatın Əsgərova, Alı Mustafayev, Osman Mirzəyev kimi Birinci və İkinci Qarabağ müharibələrində həlak olan jurnalistlərimiz düşmənə qarşı qələmləri ilə də mübarizə apardılar. Onların yolunu davam etdirən, ermənilərin basdırdıqları minaların partlaması nəticəsində həyatların itirən Sirac Abışov və Məhərrəm İbrahimov həmkarları kimi, Səməndər quşunun taleyini yaşadılar. Quldur ermənilərin ərazilərimizdə törətdikləri vəhşilikləri xalqımıza , beynəlxalq ictimaiyyətə çatdırmaq üçün vəzifə borclarını yerinə yetirərkən elə erməni vəhşiliyinin qurbanı oldular. Cismən ölsələr də Səməndər quşu kimi küllərindən yenidən canlandılar. Xalqın qəlbində əbədi yaşamaq üçün. Özlərindən sonra gələn nəslə, həmkarlarına örnək olmaq üçün. Vətən yolunda qurban getməyin şərəf işi olduğunu qorxaq, vətənsiz ermənilərə sübut etmək üçün. Murdar olmuş əsgərlərinin nəşinə sahib çıxmayan ermənilərdən fərqli olaraq insana dəyər verməyi bacaran, şəhidini baş tacı edən Azərbaycan xalqı, həmkarları Məhərrəmlə Siracı el qaydası, böyük izdihamla haqq dərgahına yola saldılar. Bir ölüb, min dirilmək kəlamının müqəddəsliyini, Azərbaycan xalqının bitib-tükənməzliyini erməniləri dəstəkləyənlərə sübut etdilər. «Dünən vardıq, bu gün yaşayırıq, sabah da olacağıq» dedilər. Ən ali, müqəddəs rütbə olan şəhidlik zirvəsinə ucalmaqla yadigarlarına baş ucalığı gətirən həmkarlarımız qələmlərini süngü edib ölümləri ilə ölümsüzlüyə qovuşdular. Şəhidlik adınız mübarək, yeriniz cənnət olsun!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Whatsapp”da yeni funksiyalar məlum olub

Next

“Bura Vətəndir!”

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv