Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

“Bayraqdar” Zəfərin qanadlı əsgəri oldu

By Vüsal Rafiqoğlu
23.07.2021 4 Min Read

Səməd Vurğunun bir şeiri söz sərraflarının yaddaşındadı: Biz hərb istəmirik, hərbə hazırıq! Yəni, dövlət olaraq Azərbaycan dövləti, xalq olaraq Azərbaycan xalqı hərb – müharibə istəmir, ancaq yadellilərin, torpaqlarımıza göz dikənlərin qara niyyətində tərpəniş yarananda xalqın döyüş əzmi, qələbə ruhu kükrəyir, sərkərdənin döyüş əmri bu kükrəyişin yol göstərəninə döndüyü üçün müharibə istəyi rəmzi qılınc kimi qınından sıyrılır.

Vətən müharibəsi başlayanda hamı Ali Baş Komandanın döyüş əmrini müharibəni sonlandıracaq “kəsərli qılınc” bildi. Bu səbəblərdən xalq müharibə istəyirdi. Bu istəyin mahiyyəti döyüş əzmi idi, döyüş əzminin mahiyyəti – qələbə ruhu, Zəfər.

Vətən müharibəsi ərəfəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu demişdi: “Bütün imkanlarımızla Azərbaycanın yanındayıq”. Bu qətiyyət Azərbaycanı sevənlərin inamını əminlik səviyyəsinə yüksəltdi. Vətən müharibəsində Türkiyə Azərbaycanın yanında oldu. Mənəvi dəstəyi hərbi dəstək, hərbi dəstəyi mənəvi dəstək tamamlayır. Türkiyə hərbi sənayesinin istehsalı olan “Bayraqdar” Azərbaycan Silahlı Qüvvələrinin də silahlanmasına daxil edil-mişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin “A Haber” telekanalına müsahibəsində böyük qürurla dedi: “Çox xoşbəxtik ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi gözəl PUA və zərbə PUA-larını istehsal etməyə başlayıb. Azərbaycan ilk ölkələrdəndir ki, bu zərbə PUA-larını ala bilib. Yalnız Türkiyə istehsallı PUA-lar ilə bir milyard dollar dəyərində olan erməni silahlı texnikası məhv edilib. Müharibənin gedişatını çox dəyişdirib”.

“Bayraqdar”ın pilotsuz uçuş aparatı olduğunu hamı bilir. Mayor Səməd Muradov dedi ki, “Bayraqdar” davamlı hava kəşfiyyatı aparır, hədəfləri müəyyənləşdirdikdən sonra zərbə endirmək üçün cəbhə xəttinə sürətlə yaxınlaşırdı. Reaksiya müddəti yüksək olduğuna görə qısa müddətdə mövcud hədəflərə təsirli şəkildə müdaxiləni gerçəkləşdirir, hərbi tapşırığı yüksək dəqiqliklə yerinə yetirirdi.

“Bayraqdar” çəkdiyi görüntüləri real vaxt rejimində idarəetmə mərkəzinə ötürürdü. Bu, Vətən müharibəsində olduqca əhəmiyyətli idi.

Mayor Səməd Muradov dedi ki, müharibədə qazanılan qələbəni bu və ya digər qoşun növü ilə əlaqələndirmək insafsızlıq olardı. Qələbənin başlıca amili mütəşəkkil komandanlıqdır. Döyüşdə, döyüşlərdə üstünlüyü hansı qoşun növünə hansı əmrin verilməsi təmin edir. Doğrudur, qazanılan Zəfərdə “Bayraqdar”ların xidməti böyükdür, ancaq “Bayraqdar”ların döyüşə qoşulma məqamlarını komandanlıq müəyyyənləşdirirdi. Qazanılan Zəfərdə bütün amillər Ali Baş Komandanın sərkərdəlik qüdrətinin davamı oldu.

Xatırladıq ki, Vətən müharibəsində hamı “Bayraqdar”lardan danışırdı. Bu, bənzərsiz sevginin etirafı kimi səslənirdi. Onda televiziyada düşmənin hədəflərinə zərbə endirən “Bayraqdar”ın pilotsuz olduğuna az qala adamın inanmağı gəlmirdi. İnsan təəfəkkürünün bu səviyyədə qüdrətinə heyrət edirsən. Ona da qürurlanırsan ki, möcüzəmisallı bu uçuş aparatını idarə edən, onun vasitəsilə düşmənin hədəflərini aşkara çıxaran, məhv edən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusudur!

“Bayraqdar”ın pilotlarından birindən soruşduq ki, idarə etdiyin “Bayraqdar” düşmənin yerləşdiyi ərazidə müəyyən hündürlükdə, müəyyən sürətlə uçur. Bu, döyüş uçuşudu. Döyüşlərdən on kilometrlərlə uzaqda olsa da o da döyüşür. PUA, müəyyən mənada, pilotun əmrlərinin icraçısıdı. Döyüş tapşırığını yerinə yetirmək üçün müşahidələr aparılır. Müşahidə bir qədər gec nəticələnəndə pilotun hansı duyğular keçirdiyi ilə maraqlandıq. “Təsəvvür edin ki, döyüşçü qarşı tərəfdə düşmən, düşmənlər olduğunu bilir, ancaq məhz harada olduğunu müəyyənləşdirməyə çətinlik çəkir. O anlarda döyüşçünün düşüncələrini hansı duyğular sıxırsa, PUA-nın pilotunu da eyni duyğular sıxır. Düşmənin hərbi obyektinin yerini müəyyənləşdirəndə bu sııxıntıları sevinc yaradan Vətən sevgisi əvəzləyir. Düşmənin hərbi obyektinin məhv edildiyini görəndə özün özünə təşəkkür etmək istəyirsən…”…

Döyüşlər dağlıq ərazilərdə gedirdi, yəni “Bayraqdar”larımız da belə ərazilərdə döyüşürdü. Həm də payızda. Bu baxımdam pilotsuz uçuş aparatlarının pilotları Vətən müharibəsində kifayət qədər gərgin döyüşlərdə iştirak etdi, bu döyüşlərdə düşmən ağır itkilərə məruz qaldı.

Mayor Səməd Muradov “Bayraqdar”ların pilotlarının hazırlığından danışaraq qeyd etdi ki, bu sahəyə namizəd seçimi olduqca ciddi tələblər əsasında aparılır. Bu tələblər sırasında ilkin şərt sevgidi – Vətənə sevgi, səmalara təmassız sevgi, hərbi xidmətə sevgi. Vətən müharibəsində təsdiqləndi ki, bu sevginin sayımız qədər zərrəsi var. Digər şərtlər də önəmlidir.

Hazırlıq keçənlər, xidmətə başlayanlar vaxtaşırı imtahanlar verirlər. Nəzəri bilikləri simulyasiya mərkəzində təkmilləşir. Mayor Vüsal Məmmədov bildirdi ki, sərbəst uçuşa başlayanlar da vaxtaşırı nəzəri imtahanlar verirlər. Ancaq onlar üçün hər uçuş imtahandır. Zabitlər əminliklə dedilər ki, piliotlarımız PUA pilotlarına xas olan yüksək pilotaja malikdirlər.

Mayor Səməd Muradov Vətən müharibəsinin tarixinə – faktlara, bir də xarici saytlara istinadən dedi ki, Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsi zamanı pilotsuz uçuş aparatlarının istifadəsində böyük uğurlar əldə edib. Məqalədə sonra yazılır ki, Qarabağ müharibəsində Ermənistanın çoxsaylı itkiləri quru qoşunlarının pilotsuz aparatları ilə güclənmiş qüvvələrə qarşı reaksiya potensialına malik deyil. Yəni, Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatları Vətən müharibəsində böyük hərbi gücə malik olub. Bu güc daha da yüksəlməkdədir; kadr hazırlığı, kadrların müntəzəm təkmilləşdirilməsi kimi mühüm vəzifələr planlı şəkildə, böyük məsuliyyətlə yerinə yetirilir.

Ermənistan ordusunda xidmət edən, sağ qalmaq üçün döyüşlərdən qaçan muzdlular Zəfərdən sonra etiraf edirdilər: “PUA-lar əsl kabus idi. Onları görə bilməzsən, eşidə bilməzsən və onlardan qurtuluş yoxdur. Dron nişan alırsa, heç bir şansın yoxdur. Əgər PUA yaxınlaşırsa sənin cəmi bir neçə saniyən var…”. Bu etiraf Vətən müharibəsində Ermənistan ordusunda xidmət edən, döyüşən, həmin bir neçə saniyənin içində döyüşdən uzaqlaşmağa macal tapan bütün muzdluların etirafıdır. Əslində, Ermənistan silahlı birləşmələrinin şəxsi heyətinin etirafıdır…

Mayor Səməd Muradov Rusiyada nəşr edilən “Natsionalnaya Oborona” jurnalında dərc edilən bir məqalədən danışdı. Hərbi ekspert, jurnalın baş redaktoru İqor Korotçenkonun yazdığı məqalə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Zəfərə rəğbətin ifadəsidir: “… Dünyada belə bir nümunə olmayıb ki, bir ordu digəri ilə döyüşərkən bu qədər yüksək dəqiqlikli silahlardan istifadə etsin. Zərbə PUA-larının istifadəsinin  miqyasına və intensivliyinə görə bu, dünyada ilk belə haldır”. “Bayraqdar”ın ünvanına deyilənlər hamımızın könül xoşluğuna döndü. Vətən müharibəsində yaşadığımız qələbə anlarını yenidən yaşadan bu kəlmələrdə tarixdir. Həm də rus hərbi ekspertinin etirafı kimi tarixləşən fikirdir…

Hərbi hissədə pilotsuz uçuş aparatlarının pilotları və digər heyət üzvlərinin əhatəsində 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradını xatırlayırıq:

Paradın gedişində “Bayraqdar”lar göründü. Dünyanı heyrətləndirən “Bayraqdar”lar, düşməni zəbun edən “Bayraqdar”lar, erməni muzdlularının müharibənin kabusu kimi xatırladığı, uzun illər unutmayacağı “Bayraqdar”lar. Döyüşlər getdiyi vaxtlarda avtobusda bir ağbirçəyin alqışını eşitmişdim: “Hamısını Allah qorusun. Bayraqtutanlarımız (Ana “Bayraqdar”ları nəzərdə tuturdu) yağının başına od ələyir. Qələbədən sonra payızın sazağını yara-yara el-obamıza birnəfəsə gedəcəyik…”; Zəfər paradı anaların bu niyyətinin, bu murazının paradıydı. Bu gün hərbi hissənin zabitləri də, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları da Zəfər gününün qürurunu,  Zəfər paradının qürurunu “Bayraqdar”ların qüdrətinin işığında yaşayırıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bayraqdar”ın yaradıcısı Səlcuq Bayraqdarı “Qarabağ” ordeni ilə təltif etdi. Bu təltif türk dünyasının təltifi kimi yaşadıldı. Həmin gün hamı Doğudan Batıyacan dumanı, buludu çəkilmiş göm-göy göy üzündə qürurla dalğalanan qoşa bayraq görürdü – Azərbaycanla Türkiyənin bayrağını!

Vətən müharibəsində də, indi də var səsimizlə deyirik: “Bayraqdar”ım var mənim!”…

Rəşid Faxralı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Nə status var, nə Dağlıq Qarabağ

Next

Azərbaycan-Özbəkistan Birgə hökumətlərarası komissiyanın yeni tərkibi təsdiqlənib

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv