Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Ekoloji terror, yoxsa təbii fəlakət?

By Vüsal Rafiqoğlu
02.08.2021 4 Min Read

Rövşən Abbasov: Əgər bu təbii amillər nəticəsində baş versəydi Türkiyəyə yaxın başqa ölkələrdə də belə miqyasda yanğınlar olardı

İdeoloji motivli siyasi mübarizə taktikalarından biri də terrorizmdir. Terrorun törədilməsində əsas məqsəd  insanları qorxutmaqdır. Terroru törədənlər fərdi şəxslər də ola bilər, qeyri-hökumət təşkilatları da…

Törədilən zorakılığın məqsədi terrorçular üçün arzu olunan hadisələrin inkişafına nail olmaqdır. Nədir o “inkişaf”? Məsələn, inqilab, cəmiyyətdə qorxu, sabitliyinin pozulması, xarici dövlətlə müharibənin başlanması, müəyyən bir ərazinin müstəqilliyini qazanması, hakimiyyətin nüfuzunun aşağı düşməsi, iqtisadiyyata zərbə vurmaq və s. və i.a

Terrorizmin təyin edilməsi ilk baxışda çətin iş kimi görünür. Çünki terror “fəaliyyətinin” formaları, üsulları zaman keçdikcə köklü dəyişikliyə məruz qalır. 1970-1980-cı illərdə terror və terrorizm arasında terminoloji fərq yarandı. Ümumilikdə, terrorizm dedikdə, dövlətə qarşı olan qüvvələr və təşkilatlar tərəfindən həyata keçirilən qanunsuz zorakılıq başa düşülür. Terror zorakılığa güvənir və bütün potensial rəqiblərinə müqavimət göstərərək məqsədlərinə çatmağa çalışır.

Terrorun üsul və formalarının arsenalı daim genişlənir

Terrorizmə qarşı mübarizə dövrümüzün ən aktual və geniş müzakirə olunan qlobal problemlərindən biridir. Beynəlxalq terrorizmə qarşı mübarizə ilə bağlı yüzlərlə beynəlxalq akt qəbul edilib. Təəssüflə qeyd etməliyik ki, hazırda terrorizm ən təhlükəli cinayət hadisələrindən biri olaraq qalmaqdadır. Hər il dünyanın müxtəlif ölkələrində baş verən terror hücumlarından günahsız insanlar həyatlarını itirir. Yaşanan hadisələrə baxmayaraq terrorizm günü-gündən inkişaf edir və onun yeni növləri meydana gəlir. Məsələn, ekoloji terrorizm (ekoterrorizm). Terrorizmin bu növü ətraf mühitə zərər, ziyan vurmaq yolu ilə törədilən terrorizmdir. Müasir dövrdə ekoterrorizm, ümumilikdə dünya, o cümlədən Azərbaycan üçün çox ciddi təhlükə yaradır. Mütəxəssislərin fikrincə, ekoloji terrorizmin spesifikliyi hələ də açıq şəkildə yetərincə araşdırılmayıb.

İnsanlar üçün potensial təhlükə baxımından ekoloji terrorizm digər növlərinə nisbətən daha təhlükəlidir. Çünki terrorizmin bu növündə yolverilməz addımlar gələcəkdə insanları, ətraf mühiti çıxılmaz vəziyyətə salır. Yəni, bəzi təhlükələr planetar xarakter daşıyır və bərpa edilməsi mümkünsüz nəticələrə səbəb olur ki, bəhs etdiyimiz ekoloji terrorizm də məhz belə təhlükələrdəndir.

Yeri gəlmişkən, artıq 6 gündür ki, yanğınla mübarizə aparan qardaş Türkiyə dövlətinin də ekologiyasına, təbiətinə ciddi ziyan dəyib. Nəzərə alaq ki, qardaş ölkənin əsas gəlir mənbələrindən olan turizm sektoruna bu mövsüm kifayət qədər ziyan dəydi. Təbiəti nə qədər əsrarəngiz, göz oxşayan olsa da hər insan səfər edəcəyi ölkədə hər şeydən əvvəl təhlükəsizliyini düşünür. Yəni, bu gün yanğın təhlükəsi olduğuna görə təlaş içərisində oteldən evakuasiya olunan turistlər öz ölkəsinə heç yaxşı təəssüratla qayıtmayacaq. Bundan başqa, evlərini, mal-qaralarını itirən insanlar rəsmi qurumlar arasında günahkar axtaracaqlar. Əhaliyə dəymiş ziyanın ödənməsi üçün dövlət əlavə vəsait xərcləyəcək və s.

“Həqiqətənmi, eyni vaxtda 100-dən artıq meşəlik ərazi alışıb yana bilər?” Son günlər hamını düşündürən digər sual isə budur. Sosial şəbəkələrdə artıq yol kənarında quraşdırılmış kameraların qeydə aldığı görüntülər var ki, orada naməlum şəxslərin şübhəli əməlləri izlənilir. Hətta meşələrin yandırılmasına görə saxlanılanların da olduğu bildirilir.

Qeyd etdiyimiz kimi, iyulun 28-dən etibarən artıq bir neçə gündür ki, qardaş Türkiyədə bir-birindən tamamilə əlaqəsiz bölgələrdə (turizm cəhətdən tanınan ərazilər) və müxtəlif miqyaslı yanğınlar baş verir. Bu yanğınlar  əvvəlcə Antalyada başlasa da, daha sonra digər əyalətləri də cənginə alıb.  Sadalanan səbəblərə görə, meşə yanğınlarını həmin ərazilərdə qəsdən törədilməsi ehtimalları yüksəkdir.

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit kafedrasının müdiri Rövşən Abbasov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, meşə yanğınlarının təbii halda baş verməsi çox tez-tez rast gəlinən hadisə deyil: “Belə yanğınlar çoxsaylı amillərin təsiri nəticəsində formalaşır və əksər hallarda bu kimi hadisələr çox nadir olur. Statistika göstərir ki, son 50 ildə baş verən əksər meşə yanğınları turistlərin, ərazidə olan vətəndaşların səhlənkarlığı nəticəsində baş verir. Bəhs edilən ərazilərdə də ya ocaq qalanıb söndürülməyib, ya siqaretdən alov düşüb və ya başqa hansısa insan mənşəli fəaliyyət baş verib ki, bu meşələr yanır. İndi nəyi müşahidə edirik? Türkiyənin müxtəlif yerlərində eyni vaxtda bir-birindən uzaq məsafələrdə bu cür kütləvi yanğın hadisələrinin baş verməsi əlbəttə, bir qədər şübhəlidir. Mən deyə bilmərəm ki, bunun hamısı təbii amillər nəticəsində baş verir. Əgər bu təbii amillər nəticəsində baş versəydi Türkiyəyə yaxın başqa ölkələrdə belə miqyasda yanğınlar olardı. Məsələn, meşə yanğınları əsasən çox güclü istilər nəticəsində baş verir. Biz bilirik ki, bu istilər təkcə Türkiyənin bəlli bir bölgəsində yox, digər başqa əyalətlərdə də baş verir. Yəni Azərbaycanda, Yunanistanda, Ermənistanda da və digər ölkələrdə də belə istilər müşahidə olunub. Əlbəttə, tam qətiyyətlə demək olmasa da, amma belə bir qənaətə gəlmək olar ki, burada “insan əli” var. Görünür, Türkiyədə baş verən çoxsaylı yanğınlar qəsdən törədilib”.

Bizim dünya vahiddir, qlobaldır

Bir neçə gün öncə öz telegram kanalında Ermənistan parlamentinin deputatı Arman Abovyan qardaş Türkiyədə on min hektarlarla meşələrin yanmasına, məhv olmasına sevinərək yazı paylaşıb. Ermənilərin sözügedən deputatının ağıldankəm, savadsız fikirlərini görəndə insan bu planeti belə vicdansız “canlılarla” paylaşmaq məcburiyyətində qaldığı üçün təəssüf hissi keçirir. Türkiyəni sevməyən insanlar ölkənin başına gələn belə hadisələrə sevinirlər. Amma bir şeyi unudurlar ki, heç kim, heş nədən sığortalanmayıb.

Ekoloq R. Abbasov xatırlatdı ki, bəzi ölkələrdə insanlar bu hadisələrin baş verməsinə sevinirlər: “ Əlbəttə belə bir hadisəyə sevinmək yalnız insanlıqdan uzaq olan adamların işi ola bilər. Məsuliyyətsiz, savadsız… Çünki harada baş verməsindən asılı olmayaraq dəyən ziyan ilk növbədə təbiətə dəyir. Burada vəhşi təbiətin ünsürləri ziyan görür, heyvanlar tələf olur. Biz bilirik ki, bu cür yanğınlar dünyanın hansı nöqtəsində baş verirsə versin hər hansı təhlükəli hadisə bütün dünya üçün təhdid hesab olunmalıdır. Əgər Türkiyədə bu cür yanğınlar baş verirsə, yanğınlar başqa ölkələrə də keçəcək. Hətta keçməsə belə digər ölkələrin də ekologiyasına mənfi təsir edəcək. Tutaq ki, Kür və Araz çayları Türkiyə ərazisindən başlayır. Əgər o çayların hövzələrində meşələr yanarsa, bunun Ermənistana, Azərbaycana, İrana, Gürcüstana da ziyanı var. Bu yanğınların bütün dünyaya, hətta Xəzəryanı ölkələrə də dolayı yolla ziyanı ola bilər. Yəni bizim dünya vahiddir, qlobaldır. Hamı onun qorunmasında maraqlı olmalıdır”.

Meteoroloq Cavidan Əliyev isə hesab edir ki, baş verən meşə yanğınlarında təbiət amilinin ön plana keçmə ehtimalı çox yüksəkdir: “ Çünki meşə yanğınları, təkcə Türkiyədə yox, İtaliyada və İspaniyada da qeydə alınmağa başlayıb”. Mövzu ilə bağlı “İki sahil”ə danışan C.Əliyev qeyd etdi ki, burada qlobal istiləşmənin rolu var. Qlobal istiləşmə deyəndə, bir yerdə çox isti və çox quraq, meşə yanğınları, digər yerdə isə fəlakətli yağıntılar olur. Bəli, daşqınlar baş verir, amma bu da qlobal istiləşmənin nəticəsidir. Digər yerdə böyük quraqlıqlar olur. İndi dünyada rekord həddə istilər qeydə alınmağa başlayıb. Artıq biz bunu neçə ildir ki, müşahidə edirik. Bu rekord göstəricilər ildən ilə artır. İqlim xəritələri dəyişir. Hər dəfə yeni mütləq maksimumla rastlaşırıq. Ona görə də bu hadisənin təbiətlə bağlı olma ehtimalı çox yüksəkdir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Türkiyə-Azərbaycan qardaşlığı yanğınlara su səpəcək

Next

MN: “Ermənistanın Azərbaycan Ordusunun avtomobilini atəşə tutması və itkilərin olması həqiqəti əks etdirmir”

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv