Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Qafqazın incisi Şuşa möhtəşəmliyi ilə qonaqlarını heyran edir

By Vüsal Rafiqoğlu
01.09.2021 4 Min Read

Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra biz Şuşada əbədi yaşayacağıq

2020-ci il noyabrın 8-i Azərbaycan xalqının yaddaşında əbədi qalan tarixdir. Bu tarix xalqımızın Qələbə, Zəfər günüdür! Həmin gün arxivə göndərilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli günüdür. «Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq…Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!» söyləyən Prezident İlham Əliyev Qafqazın incisi adlandırılan Şuşanın işğaldan azad olunmasını mədəni irsimizin qorunması kimi dəyərləndirdi. Eyni zamanda, ata vəsiyyətini yerinə yetirdiyini bəyan etdi: «Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» Bu tarixi gündə Azərbaycan xalqına müjdəni «Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözləri ilə bildirən dövlət başçımız onu da vurğuladı ki, erməni vandallarının dağıtdıqları tarixi abidələr, dini ocaqlar qısa müddətdə əvvəlki görkəmlərinə qaytarılacaq.

44 gün davam edən İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbələr endirən Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi tarix yazan Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarımıza hər səfəri quruculuq, abadlıq, yenidənqurma işlərinin intensivləşməsi ilə yadda qalır. Qısa müddətdə enerji, yol-nəqliyyat layihələrinin gerçəkləşməsi, bir neçə tarixi abidənin bərpası, «ağıllı kənd», «ağıllı şəhər», «yaşıl enerji» kimi pilot layihələrin həyata keçirilməsi istiqamətində işlərin sürətlənməsi, Ağdam və işğaldan azad edilmiş digər şəhərlərin yenidən qurulması ilə bağlı planların hazırlanması Böyük Qayıdışa kütləvi hazırlığın proqnozudur. Şuşada keçirilən «Xarıbülbül» musiqi festivalı, Türkiyə ilə Azərbaycan arasında imzalanan Müttəfiqlik Müqaviləsi mədəniyyət paytaxtımızın həyatında əlamətdar hadisə kimi yadda qaldı. Bu günlərdə bir qrup şuşalının işğaldan azad olunmuş yurdlarını ziyarət etmələri bitən həsrətin təcəssümüdür. «Əminəm ki, əziz dostlar, sizin bir çoxunuz buraya işğaldan sonra birinci dəfədir ki, gəlirsiniz, bunu görürsünüz, bunu hiss edirsiniz… Şuşanın özünəməxsus aurası var. Mən dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur. Bu gün biz uzun fasilədən sonra azad Şuşada yığışmışıq» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan sonra biz Şuşada əbədi yaşayacağıq və Şuşanın bərpa edilməsi artıq başlanmışdır. Şuşaya səfərlərində əvvəllər ənənəvi olaraq təşkil edilən Vaqif Poeziya Günlərinin də bərpa olunacağını bildirən Prezident İlham Əliyevin ən böyük istəyi «Xarıbülbül»” festivalının keçirilməsi idi. «Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir –«Xarıbülbül»” festivalı və Vaqif Poeziya Günləri» sözləri artıq reallaşdı.

Heydər Əliyev Fondunun Şuşada təşkil etdiyi Vaqif Poeziya Günlərinin açılışında Birinci Qarabağ, Vətən müharibəsində, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi bütün şəhidlərimizə ümümxalq ehtiramı idi.

Azərbaycanın mədəniyyət tarixində böyük rəmzi mənası olan, hətta dağılmış vəziyyətdə, vandalizmə məruz qaldığı illərdə belə milli ruhunu qoruyub saxlayan Şuşa kimi doğmalarının isti nəfəsinə həsrət qalan xarıbülbül də əyilmədi, sınmadı. Poeziyanın, sözün, musiqinin bayramı olan tədbirdəki çıxışında 39 il bundan əvvəl burada ulu öndər Heydər Əliyevin iştirakı ilə dahi şair Vaqifin məqbərəsinin açılış mərasimini xatırlayan Prezident İlham Əliyev bu məsələdə də ata vəsiyyətinə sadiqliyini göstərdi: « Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq.»

Müharibədən sonra arxada qalan 9 ayda bir çox tarixi abidəni bərpa edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Vaqif Poeziya Günlərinin bərpası, «Xarıbülbül» musiqi festivalının təşkili, Yuxarı Gövhər ağa məscidinin təmiri, Saatlı və Aşağı Gövhər ağa məscidlərinin bərpasına diqqətin artırılması, Natəvan bulağının istifadəyə verilməsi tarixi məqamlardır.

Cari ilin yanvar ayının 14-dən başlanılan Şuşanın bərpası istiqamətində həyata keçirilən biri-birindən əhəmiyyətli layihələr, quruculuq işləri hazırda daha da intensivləşib. «İndi isə artıq asfalt yol tikilib və bu, elə Zəfər yoludur. Magistral yol da çəkilir. Füzuli şəhərindən tunellər daxil olmaqla, magistral yol tikilir, daha qısa yol olacaq. Şuşanın elektrik təsərrüfatı bərpa edildi, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkildi, yarımstansiya tikildi. Yəni, Şuşanı elektriklə təmin etmək başlıca vəzifələrdən biri idi. Düşmən Şuşanı tərk edərkən Şuşanın su xətlərini partlatmışdı. Şuşaya suyun verilməsini biz bərpa etdik. İndi iki mənbədən Şuşaya su gəlir» sözləri ilə bərpa işlərinin coğrafiyasının genişləndiyini diqqətə çatdıran dövlət başçımızın vurğuladığı kimi, Poeziya Günləri çərçivəsində Vaqifin məqbərəsinin, büstünün açılması, Üzeyir Hacıbəylinin abidəsinin yenilənməsi, görkəmli sənətkar Bülbülün ev muzeyinin bərpası tarixi şəxsiyyətlərə ehtiram nümunəsidir. Şuşadakı «Qarabağ”», «Xarıbülbül» otellərinin əsaslı təmirdən sonra öz qapılarını qonaqların üzünə açması, yeni yaşayış kompleksinin təməlinin qoyulması da bu ecazkar şəhərin simasını daha da gözəlləşdircək.

«Mənfur düşmən həmin yerdə dırnaqarası «Dağlıq Qarabağ respublikası”»nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. «Dağlıq Qarabağ respublikası»” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi» sözləri ilə Şuşanın baş planında nəzərdə tutulan layihələrdən bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, tikinti işlərinin sürətlənməsi göstərir ki, Şuşa yenidən dirçəlir, ədalət bərpa edilir.

«Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik» söyləyən Prezident İlham Əliyevin diqqəti sayəsində Şuşa müasir tarixinin ən gözəl günlərini yaşayır. Şuşa əbədi olaraq İslam dünyasının, Azərbaycan xalqının mədəniyyət paytaxtı olacaq, ev sahibi kimi qonaqlarını möcüzələri, möhtəşəmliyi ilə heyrətləndirəcək.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı…

Next

Bu gündən harada COVID-19 pasportu tələb olunacaq?

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv