Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Bayramov Mirzəyan görüşü – masada nələr var?

By Vüsal Rafiqoğlu
09.10.2021 3 Min Read

Analitiklərə görə, növbəti görüş kəşfiyyat xarakterli olacaq və böyük sülh üçün başlanğıcdır…

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla yeni görüşə dair razılıq əldə edilib. “Yeni Müsavat” xəbər verir ki, bunu Ermənistan XİN rəhbəri Ararat Mirzəyan parlamentdə çıxışında bildirib. Onun sözlərinə görə, görüşdə ilk növbədə humanitar məsələlər müzakirə ediləcək. Bundan başqa, Qarabağ da diqqət mərkəzində olacaq.

Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva da nazirlərin növbəti görüşünü istisna etməyib: “Bir müddət öncə Nyu-Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik”.

Abdullayevanın açıqlamasında əsas vurğu Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabrda imzaladığı üçtərəfli bəyanatın icrasına salınıb: “Hazırkı mərhələdə üç dövlətin liderlərinin imzaladığı birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasiyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər”.

Təxminən 1 aydan sonra sözügedən bəyanatın imzalanmasından 1 il ötəcək. Amma Azərbaycanın tələbi ilə bu sənədə daxil olunan 3 vacib bəndin icrası hələlik ləngidilir. Qarabağın kiçik bir hissəsinə sığınmış erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazilərini tərk etməsi, daxili kommunikasiyaların açılması və köçkünlərin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında geri qaytarılması istiqamətində hələlik hər hansı ciddi addım atılmayıb.

Siyasi şərhçilərin fikrincə, nazirlərin görüşü təsadüfi deyil, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın bir araya gəlməsinə hazırlıq mərhələsidir.  Ekspertlərin fikrincə, iki ölkə başçısının görüş öncəsi son “nəbz yoxlanışı” ola bilər və ən yüksək səviyyəli gündəliyi əhatə edəcək. İrəvanın Naxçıvana Ermənistanın hava məkanından keçməklə uçuşlara icazə verməsi, Azərbaycanın da eyni addımı Ermənistan üçün atması bu istiqamətdə atılmış ilk önəmli addım hesab oluna bilər. Paşinyanın son günlərdə verdiyi açıqlamalar da müsbət siqnallar kimi qəbul edilir. Ekspertlər bu gündəliyi necə təsəvvür edir?

44 günlük müharibə “Böyük Ermənistan” mifini darmadağın etdi”

Azad Məsiyev 

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev “Yeni Müsavat”a qeyd etdi ki, böyük sülhün əldə edilməsi üçün diplomatik danışıqlar mühümdür. Onun sözlərinə görə, ölkə rəhbərləri görüşdən əvvəl hansı məsələlərin müzakirə olunacağını diplomatik kanallarla bir-birinə çatdırırlar: “Artıq münaqişə hərbi yolla başa çatıb, qarşıda sülhün əldə edilməsi problemi qalıb. Bu, hər iki ölkə üçün vacib məsələdir. Türkiyə prezidentinin təklif etdiyi ”altılıq” platformasının həyata keçməsi üçün də mütləq sülh sazişi əldə olunmaldır. O baxımdan diplomatların görüşləri keçirilməlidir, zənnimcə, sülh müqaviləsinin bağlanması istiqamətində bir başlanğıcdır”.

A.Məsiyev istisna etmir ki, görüşdə sərhədlərin müəyyən edilməsi, nəqliyyat-kommunikasiyaların bərpası müzakirə edilsin: “Bu görüş kəşfiyyat xarakterlidir, hansı məsələlərin müzakirə olunması üçün tanışlıq sayıla bilər. Hesab edirəm ki, 10 noyabr sazişinin müddəalarını müzakirə edəcəklər”.

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, XİN başçılarının görüşü ikitərəfli təmasın qurulmasında aktivliyin olduğunu göstərir: “11 yanvarda keçirilən üçtərəfli görüşdən sonra bir durğunluq müşahidə olunurdu. Amma son zamanlar həm üçtərəfli İşçi Qrupunun toplaşması, həm Vyanada və Tiflisdə azərbaycanlı və erməni nümayəndələrin görüşləri, Nyu-Yorkda nazirlərin təması, indi də növbəti görüşə hazırlıq göstərir ki, müəyyən ”qara zolaq”dan çıxış var. Həmçinin, hər iki ölkə liderlərinin qarşılıqlı olaraq görüşə hazır olduqlarını söyləməsi bizə əsas verir ki, yaxın zamanda Əliyev-Paşinyan görüşünün baş tutacağını təxmin edək. Bu aktivlik fazasında Minsk Qrupunu da qeyd etmək lazımdır və artıq həmsədrlərin bölgəyə səfəri razılaşdırılıb. Bütün bunlar sülh müqaviləsinin imzalanması üçün atılan addımlardır”.

Ramiyə Məmmədova: “Əsas problemli məqam Rusiya ilə Türkiyənin  yaxınlaşmasıdır”

Ramiyə Məmmədova

Ekspert XİN başçılarının görüşündə status məsələsinin müzakirəsini istisna edir: “Güman etmirəm ki, bu mövzu masada olacaq. Nazirlərin bölgədə sülhün əldə edilməsi, nəqliyyat-kommunikasiyaların bərpası ilə bağlı danışıqlar aparacağını gözləyirəm. Təbii ki, bu istiqamətdə hansısa razılaşma olmayacaq. Amma tərəflər ölkə başçılarının görüşünü razılaşdıra bilərlər. Hər şey buna gedir”.

R.Məmmədova hesab edir ki, istər Minsk Qrupunun vasitəçiliyi, istərsə də Bakı ilə İrəvan arasında birbaşa danışıqların başlaması iki ölkə arasında sülhün əldə olunmasına müəyyən ümidlər yaratsa da, yaxın dövrdə problemin ədalətli və birdəfəlik həllini gözləmək çətindir: “Çünki İrəvan tam konstruktiv mövqe sərgiləmir. Erməni tərəfi status mövzusundan əl çəkmir. Ona görə liderlər, nazirlər danışa, görüşə bilərlər, amma real addımların atılması Ermənistanın reallıqlara söykənməyən destruktiv mövqedən geri çəkilməsindən asılı olacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu gün HAVA necə olacaq?

Next

Nobel Sülh mükafatını niyə Prezident Əliyevə vermədilər?

Xəbər lenti

  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv