Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəbhədən Xəbər

Ordumuzu addım-addım böyük Zəfərə aparan yol: Şuşa əməliyyatı – TƏHLİL

By Vüsal Rafiqoğlu
26.10.2021 6 Min Read

Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı 44 günlük müharibədə ordumuza strateji üstünlük qazandıran əməliyyatlarla bağlı tez-tez maraqlı detalları açıqlayır, bu döyüşlərin əhəmiyyətindən bəhs edir.

Sözsüz ki, bu döyüşlər sırasında bəlkə də ən ağırı və eyni zamanda ən əzəmətlisi Şuşa əməliyyatıdır. Dünyanın hərb tarixinə düşən, bir çox aparıcı təşkilatlar, hərbi ekspertlər və araşdırmaçılar tərəfindən öyrənilən əməliyyat Vətən müharibəsinin gedişində həlledici dönüş nöqtəsi rolunu oynayıb.

Lakin qazanılmış heç bir uğur, xüsusən döyüş meydanında əldə olunan parlaq qələbə təsadüfi xarakter daşıya bilməzdi. Şuşa əməliyyatı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ən xırda detalına qədər hazırlanan və qəhrəman hərbçilərimiz tərəfindən icra olunan şanlı zəfər tariximizin bir parçasıdır.

Müharibənin ilk günlərində düşmənə gözlənilənin əksinə olaraq Ağdamdan deyil, Füzuli, Cəbrayıl istiqamətində ağır zərbələr endirən və müdafiə səddini darmadağın edən ordumuz hər ötən gün qarşıya qoyulmuş ən çətin tapşırıqlardan biri olan Şuşa əməliyyatına zəmin hazırlayıb.

Döyüş meydanında qazanılan uğurlar, azad edilən torpaqlarımız düşməni təşvişə salmaqla bərabər, eyni zamanda Azərbaycanın mədəniyyət paytaxtının düşməndən təmizlənməsi vaxtını bir qədər də yaxınlaşdırıb.

Keçilməz deyilən sədləri, illərlə mövcud olan mifləri yıxan, darmadağın edən ordumuz Şuşaya gedən yolda bir sıra vacib əməliyyatları icra etməliydi.

Ali Baş Komandan İlham Əliyev sonradan işğaldan azad edilmiş ərazilərə səfəri zamanı döyüşlərin ilk günlərində qazanılmış qələbələrin də önəmindən bəhs edib:

“Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq və o vaxt, əlbəttə, heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək”.

Döyüş meydanında qazandığımız uğurlar düşmənə sarsıdıcı zərbə vurur, eyni zamanda şanlı ordumuzun mübarizə əzmini, döyüş ruhunu yüksəldir, Vətən həsrəti ilə alışıb-yanan xalqımızı bir yumruq ətrafında birləşdirirdi.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı – bu ərazilərdə düşməni darmadağın edən ordumuzun məqsədi ilk növbədə Laçın dəhlizinə çıxmaq, Şuşanın təchizat yollarına nəzarət edərək, düşmənin əl qolunu bağlamaq və yekunda Şuşaya irəliləmək idi.

Şuşa zəfərinə gedən yolda bütün əməliyyatların bir-biri ilə bağlı olduğunu və vahid bir məqsədə xidmət etdiyini dövlət başçısı İlham Əliyev çoxsaylı çıxışlarında bu cür ifadə edib:

“Oktyabrın 9-da Hadrut qəsəbəsi azad edildi və Şuşaya yolumuz açıldı. Həm də Cəbrayıl əməliyyatının çox böyük əhəmiyyəti var idi və deyə bilərəm ki, həlledici əhəmiyyəti var idi. Çünki biz düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik”.

Müdafiə xətti yarılan düşmənə növbəti zərbə Füzulidə endirilmişdi. Ali Baş Komandan İlham Əliyev də Füzuli əməliyyatını bu cür xarakterizə edir, bu istiqamətdəki qələbənin Zəngilan və Qubadlı uğrunda döyüşlərdə ordumuza strateji üstünlük təmin etdiyini vurğulayır:

“Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təsadüfi deyil ki, Füzuli azad olunandan sonra Ermənistan ordusunda fərarilik halları daha geniş vüsət aldı. Düşmən gördü ki, bizim qabağımızda dura bilməyəcək, düşmən gördü ki, artıq bizim önümüz açıldı, digər şəhər və rayonlarımızın azad edilməsi məsələsi qaçılmazdır.

Füzuli şəhərinin azad edilməsi bizə əlavə mənəvi güc verdi. Azərbaycan Silahlı Qüvvələri bundan sonra böyük əzmkarlıq göstərərək xilaskarlıq missiyasını uğurla davam etdirdi. Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi”.

Prezident İlham Əliyevin bu sözləri eyni zamanda Şuşaya gedən yolun qısa təsvirini özündə ehtiva edirdi. Göründüyü kimi Cəbrayıl, daha sonra Füzulidə düşmənin pərən-pərən salınması, sürətli şəkildə Zəngilan və Qubadlıya yolumuzu açdı.

44 gün ərzində bir an belə geri çəkilməyən igidlərimiz Laçın dəhlizinə çıxdıqdan sonra isə həlledici zərbənin endirilməsi – Şuşaya hücum üçün bütün strateji həmlələr artıq Azərbaycanın əlinə keçmişdi.

Prezident İlham Əliyev öz çıxışlarında Qubadlının azad edilməsinin bu taleyüklü məqamda oynadığı mühüm rolu da vurğulayıb:

“Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra biz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etdik. Beləliklə, Laçın dəhlizini nəzarətə götürdük və artıq müharibənin taleyi həll edilmişdi. Düzdür, Şuşa uğrunda şiddətli döyüşlər qabaqda idi, digər yaşayış məntəqələrimizin azad olunması ilə bağlı əməliyyat planları hazırlanırdı, ancaq artıq həm bütün dünya, həm də düşmən gördü ki, bizim qabağımızda heç bir qüvvə dayana bilməz. Biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq”.

Göründüyü kimi Müzəffər Azərbaycan ordusunun şanlı döyüş yolunda ən mühüm dayanacaq Şuşa hesab olunurdu. Çünki Şuşaya sahib olmaq bütün Qarabağa sahib olmaq anlamına gəlirdi. Bundan sonra erməni tərəfinin müqavimət göstərməsi anlamsız idi. Döyüşlərin gedişi, Azərbaycan ordusunun strategiyası, etdiyi həmlələr həmin anı getdikcə yaxınlaşdırır, Şuşa öz doğma xalqına qovuşmağın intizarını yaşayırdı.

Misilsiz qəhrəmanlıq, yüksək peşəkarlıq və ən əsası Vətənə olan sonsuz sevgi Şuşanın azad olunması ilə nəticələndi. Azərbaycan xalqı üçün böyük qələbə və inanılmaz bir sevinc anlamına gələn bu xəbərin erməni tərəfinə də təsiri “böyük” oldu. Şuşada ucaldılan Azərbaycan bayrağı ermənilərin müqavimətinə, separatizminə və terrorçulara ölümcül zərbə oldu. Mənfur düşmənin fəryadı yüzlərlə kilometr uzaqlıqdakı İrəvanı belə lərzəyə gətirdi.

Ali Baş Komandan İlham Əliyevin çıxışlarında həmçinin Şuşa zəfərinin ermənilərə necə ağır zərbə olmasını göstərən məqamlar da diqqət çəkir:

“Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə hazırdır. O soruşdu: “Siz öz mövqeyiniz üzərində dayanırsınızmı?” Mən dedim: “Bəli, mən öz mövqeyimi dəyişmirəm. Əgər onlar işğal altında qalan ərazilərdən öz qoşunlarını çıxaracaqları tarixləri bizə desələr, biz dayanırıq”. Bu, noyabrın 8-də axşam olmuşdu. Noyabrın 9-da isə biz bir daha zəngləşmək barədə razılığa gəldik, çünki Vladimir Vladimiroviç çox fəal rol oynayırdı, o, bir növ mənim ismarışlarımı Paşinyana, onun ismarışlarını mənə çatdırırdı. Bu, noyabrın 9-da səhər tezdən gecədən xeyli keçənə qədər davam etdi. Əlbəttə, razılaşdırılmalı məsələlər həddindən çox idi. Bütün bunlar belə avral rejimində cərəyan edirdi. Təsəvvür edin, düşmənçilik edən iki ölkə arasında sənədin mətni bir gün ərzində razılaşdırılmalı və təbii ki, həmin mətndə reallıqlar nəzərə alınmalı idi. Bu reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir”.

Şuşanın azadlığı Azərbaycanın qalib, Ermənistanın isə kapitulyasiya etmiş ölkə olduğunu təsdiqlədi. Buna qədər təslim olmaqdan qaçan ermənilər məcbur qalıb məğlubiyyəti etiraf etdilər.

Azərbaycanın mədəniyyət beşiyi Şuşa öz doğma xalqına qovuşdu. 8 noyabr Azərbaycan xalqının şanlı tarixinə növbəti qəhrəmanlıq salmanəsi kimi daxil oldu. Düşmənin beli qırıldı, separatçı ideologiyaları süqut etdi, mifləri yerlə-yeksan oldu, Qarabağın qəlbi azadlığa çıxdı.

Dövlət başçısı İlham Əliyev həmin o müdhiş xəbəri Şəhidlər xiyabanından bizə çatdırmaqla növbəti dəfə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş büütün Vətən övladlarının xatirəsinə ehtiramını çatdırdı. Ali Baş Komandan bu qələbə ilə həm də ata vəsiyyətini yerinə yetirdi:

“Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm.

Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən 93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və edəcəyik. Düşməni qovuruq və qovacağıq!

Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Bəli, Şuşa əməliyyatı məhz addım-addım Azərbaycan xalqını qələbəyə aparan yol idi. Bu yolu inamla irəlilədik, Ali Baş Komandanın mahir sərkərdəliyi, xalqımızın birliyi və ordumuzun şücaəti nəticəsində məqsədə çatdıq. Əziz Şuşamız artıq azaddır! Doğma Azərbaycanın qoynunda bu azadlıq əbədi olacaq!

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yol polisi sürücülərə xəbərdarlıq edib

Next

DSMF dəfn xərclərinin verilməsi qaydalarını açıqlayıb

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv