Bu il neçə Azərbaycan vətəndaşı Ukraynada yaşamaq icazəsi alıb? – RƏSMİ

Bu il neçə Azərbaycan vətəndaşı Ukraynada yaşamaq icazəsi alıb? – RƏSMİ

Bu ildə Ukraynada müvəqqəti və daimi yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən “Report”a bildirilib ki, bu il ərzində ümumilikdə 4 864 Azərbaycan vətəndaşına bu ölkədə yaşamaq izni verilib.

Bunlardan 3 530 nəfəri müvəqqəti yaşamaq, 1 334 nəfəri isə daimi yaşamaq izni alanlardır.