Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Hadisə

Bakıda ailəli qadın yad kişiylə TUTULDU – “Yalvardı ki…”

By Vüsal Rafiqoğlu
29.12.2021 4 Min Read

Bakının Xəzər rayonunda 1971-ci il təvəllüdlü Rəhim sevgi münasibətində olduğu Sevili (adlar şərti verilib – red.) intim videogönütlü ilə şantaj edib.

Sfera.az xəbər verir ki, Rəhim özgənin əmlakını hədə-qorxu ilə ələ keçirməkdə ittiham olunub.

O, Sevilin şəxsi məlumatlarını, onunla cinsi əlaqəyə girərkən gizlin çəkdiyi intim videogörüntünü əri və qohumları arasında yayacağı, şərəf və ləyaqətini alçaldacağı, rüsvay edəcəyini bildirib.

Rəhim 2019-cu ilin noyabrından 2021-ci il iyununa qədər olan müddət ərzində Sevildən müxtəlif vaxtlarda Binə qəsəbəsi Südçülük sovxozu deyilən ərazidəki fərdi yaşayış evində hissə-hissə olmaqla 1000 manat pulunu, 1 ədəd 290 manat dəyərində “Samsung Galaxy A10” markalı mobil telefonunu, sonuncu dəfə isə 100 manatını alıb.

İstintaq orqanı tərəfindən Rəhimin barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

“İntim münasibətdə oduq”

Rəhim istintaqa ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O bildirib ki, usta kimi müxtəlif tikinti sahələrində çalışıb: “25 ilə yaxındır evliyəm, 3 uşağım və bir nəvəm var. Təxminən 5 il bundan əvvəl Sevillə vatsapda təsadüfən tanış oldum. Bu tanışlıq nəticəsində münasibətlərimiz dərinləşdi. Əvvəlcə aramızda ailəvi gediş-gəliş, sonra sevgi münasibətləri yarandı. Sevillə bir neçə dəfə intim münasibətdə oduq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən bir il öncə Sevilin evində onun oğlu İsa ilə yeyib-içib: “Sonra İsa ilə aramızda mübahisə düşdü. Sevil mənə məxsus mobil telefonu yerə vuraraq sındırdı. Sevildən telefonumu tələb etdim. O da özünə məxsus “Samsung A 10″ markalı mobil telefonu mənə verdi və məni taksi ilə evimə yola saldı.

Sevil telefonumu sındıran zaman nömrəm də telefonun içərisində qaldı. İçkili olduğum üçün nömrəmi götürmədim. Bu hadisədən təxminən 2 ay sonra Sevil mənə məxsus mobil nömrədən dostum Əliyə zəng edib. Əlidən xahiş edib ki, nömrələrini ona çatdırım. Əlinin vasitəsilə məndə olan mobil telefon nömrələrini Sevilə geri qaytardım”.

“Qısqandığı üçün münasibətlərimiz pozuldu”

Rəhim deyib ki, bundan sonra Sevil ona zəng edib və darıxdığını, görüşmək istədiyini bildirib: “Mən də Sevilin evinə getdim, onunla görüşdüm və münasibətlərimiz yenidən başladı. Bundan sonra intim əlaqədə olan zaman Sevildən gizli videoya çəkdim. Münasibətlərimiz davam edən ərəfədə təxminən 2 il bundan öncə uşağım məktəbə getdiyi üçün Sevildən uşağa paltar almaqdan ötrü 100 manat verməsini xahiş etdim. Sevil də həmin məbləği verdi.

Sonra Sevilin evində təmir işləri apardığım üçün hər dəfə mənə 10 və ya 20 manat verib. Bu müddətdə Sevil hər zaman məndən xahiş edib ki, ondan ayrılmayım. Lakin məni ifrat dərəcədə qısqandığı üçün münasibətlərimiz pozuldu, mübahisələrimiz başladı. Nəticədə ayrıldıq. Sevil ondan ayrılarkən başıma oyun açacağını bildirdi”.

“Məni şantaj etməyə başladı”

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevilin sözlərinə görə, 5 il bundan əvvəl Rəhimlə mobil telefon vasitəsilə təsadüfən tanış olub: “Bir müddət yazışdıqdan sonra aramızda isti, daha sonra isə intim münasibətlər yarandı. Ərim və oğlum evdə olmadıqları vaxtda Rəhimlə yaşadığım evdə gizli görüşmüşük. Həmin müddətdə aramızda olan bu münasibətlərdən heç kimin xəbəri olmayıb.
Bəzən Rəhimlə həftədə 2-3 dəfə görüşüb, yaxın münasibətlərdə olmuşuq. Lakin son iki ildə münasibətlərimiz birdən-birə soyudu. Səbəbi də o oldu ki, bəzi danışıqlarımızda bir-birimizi başa düşməmişik. Mübahisələr zamanı Rəhim məni şantaj etməyə başladı”.

“Şok vəziyyətinə düşdüm”

Zərərçəkmiş qeyd edib ki, Rəhim ondan pul tələb edib: “Hədə-qorxu gəlməklə dedi ki, əgər onun istədiyi məbləğdə pulu verməsəm, mənimlə arasında olan gizli yazışma və intim münasibətə dair videogörüntü barədə ailə üzvlərimə, yaxınlarıma məlumat verəcək. Bununla məni rüsvay edəcək. Rəhimdən videogörüntü barədə soruşdum. Dedi ki, bir dəfə intim münasibətdə olarkən mobil telefonla məndən xəbərsiz çəkib, həmin videogörüntü hazırda telefonundadır, telefondan başqa, əlavə olaraq karta da yazıb, evdə saxlayır.

Bunu Rəhimdən eşidəndə şok vəziyyətinə düşdüm. Düşündüm ki, Rəhim həqiqətən bu video barədə ailə üzvlərimə məlumat versə, hamının içində rüsvay olacam və elə buna görə də dəhşətli dərəcədə qorxuya düşdüm. Düşündüm ki, rüsvay olmaqdansa, Rəhimə pul versəm yaxşı olar”.

“Dəfələrlə yalvardım ki…”

Sevilin ifadəsinə görə, 2019-cu ilin təxminən noyabrından başlayaraq Rəhimə əlinə düşdükcə müxtəlif məbləğlərdə pul verməyə başlayıb: “Pulları konkret hansı tarixlərdə verməyim yadımda qalmayıb. Lakin bütün pulları ona öz yaşadığım evdə vermişəm. Elə olub, 20 manat, 30 manat, 50 manat və 100 manat vermişəm. Rəhimin məni şantaj etməsinə baxmayaraq, biz yenə də görüşmüşük. Çalışmışam ki, Rəhimdə olan videonu onun telefonundan silim. Hər dəfə ona yalvararaq xahiş etmişəm ki, videonu telefondan silsin. Həm də dəfələrlə xahiş etmişəm ki, videonu mənə göstərsin. Lakin Rəhim videonu silməyib, mənə də göstərməyib.

Buna görə də daima stress və gərginlik içində qalmışam. Bilməmişəm necə edim ki, Rəhimin telefonunda olan videonu ələ keçirib silim. Qorxmuşam ki, birdən Rəhim videonu yaxınlarımdan kiməsə göndərər. Bununla da məni rüsvay edər və ləkələnərəm.

Rəhimin mənə qarşı olan hədə-qorxularını real qəbul etmişəm. Düşünmüşəm ki, belə bir video olmasaydı, mənə hədə-qorxu gəlməzdi”.

“Dedi ki, intim kadrları qardaşıma, ərimə göndərəcək”

Sevil qeyd edib ki, sonuncu dəfə 2021-ci il iyulun 23-də Rəhimə yaşadığı evdə 100 manat verib: “Bununla da Rəhimə 2019-cu ilin noyabrından 2021-ci ilin iyulun 23-dək olan müddətdə cəmi 1100 manat vermişəm. Hissə-hissə bu qədər məbləğdə pulu Rəhimə verməkdə məqsədim o olub ki, dediyi videonu oğluma, ərimə və qardaşıma göndərməsin. Bacardığım qədər çalışdım ki, bu məlumatı gizli saxlayım.

Rəhimin istifadə etdiyi mobil telefon da mənə məxsusdur. Telefonumu qaytarmasını tələb etsəm də, qaytarmadı. Dedi ki, əgər səsimi çıxarsam, videogörüntüyə çəkdiyi intim kadrları qardaşıma, ərimə göndərəcək. Dedi ki, videonu karta da köçürüb. Buna görə də uzun müddət düşündüm və sonda qərara gəldim ki, Rəhimin barəsində polisə şikayət edim, artıq onun barəsində polis özü tədbir görsün və mən yaşadığım psixoloji gərginlikdən qurtarım”.

“Mənə bir şəkil atdı…”

Sevil bildirib ki, iki il bundan əvvəl intim videogörüntü hadqa xəbər tutduqdan sonra dəfələrlə Rəhimdən xahiş etməyinə və hətta yalvarmağına baxmayaraq həmin videonu ona göndərməyib, telefonundan da silməyib: “Rəhim yalnız mənə intim münasibətdə olduğum şəkli atdı. Mən də sonradan telefonumda qalmaması üçün sildim”.

Sevil qeyd edib ki, Rəhim onunla barışıq əldə edib, ona dəymiş ziyanı tamamilə ödəyib. Rəhimi bağışlayıb, ondan heç bir şikayəti yoxdur.

Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb. hakim Tərlan Əkbərovun sədrliyi ilə baş tutan iclasda hökm elan edilib.

Rəhim 3 il müddətinə azadlıqdan məhrum edilib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bərdə pambıqçıları bu günədək 29 min 386,13 ton məhsul tədarük ediblər

Next

Azərbaycanda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qayda dəyişdi

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv