Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Vətən Müharibəsi Qəhrəmanı yuxuma girib dedi ki…

By Vüsal Rafiqoğlu
05.01.2022 3 Min Read

Əslində bu köşəni mənə yazdıran elə onun özüdür. Bu gecə yuxuma girmişdi. Qaçaraq gəldi, hərbi formada idi – doğrusu, indiyə qədər onu cəmi bircə dəfə hərbi formada görmüşdüm, o da təsadüfən, Cocuq Mərcanlıda – gəlib dedi ki, şair, heç məni xatırlamırsan, məndən yazmırsan. Dedi və getdi. Səhər ayılanda özümü onun ruhu qarşısında günahkar hiss elədim. Onunla bağlı xatirələr bircə-bircə gəlib gözümün önündən keçdi. Yolboyu, işə gələrkən belə gördüyüm yuxunun təsirindən çıxa bilmirdim, hər dəfə onunla bağlı bir anı kino lenti kimi gözümün önündə canlanırdı.

Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlovla qrup yoldaşı olmuşuq. Çox savadlı uşaq idi. Zəngin mütaliəsi vardı. Dərsdə də bədii kitablar oxuyardı. Ümumiyyətlə, bizim filologiya qrupu Qafqaz Universisteti dövrünün ən savadlı, intellektual qruplarından olub. Yadımdadır, 2010-cu ilin oktyabrın 24-ü idi. Mənim ilk kitabım çıxmışdı. Valehə və digər qrup yoldaşlarıma dedim ki, gedib Qaraçuxurdan, mətbəədən kitabları götürməliyik. Təkbaşına gücüm çatmayacaqdı. Çünki qalınüz və naziküz olmaqla 1000 ədəd kitab idi. Valeh və digər qrup yoldaşlarımla imkan edərək gedib kitabları götürdük. Valeh yolda bağlamadan kitabın birinci açdı və elə yoldaca oxuyub bitirdi. Sürətli oxuması var idi. Baxın, biz necə ziyalı, aydın oğullar itirdik bu müharibədə…

Başqa bir xatirə: Günlərin bir günü professor Akif Hüseynli Mirzə Fətəli Axundzadənin komediyalarının hamısını oxuyub gəlməyimizi tapşırdı. Mən müəllimə etiraz etdim ki, növbəti dərsə qədər bunların hamısını oxuyub bitirmək mümkün deyil. Vaxt olaraq da çatdıra bilməyəcəkdik, çünki digər dərslər də var. Valeh isə gülümsədi. Mənə göz vurdu ki, narahat olma, həll edəcəyik. Tənəffüsdə bunu necə edəcəyimizi soruşdum. Bildirdi ki, hərəmiz bir əsəri oxuyub gələrik, məzmununu bir-birimizə danışarıq. Beləcə bütün əsərlərdən məlumatlı olacağıq. Amma hər kəs öz öhdəsinə götürdüyü komediyanı yaxşı oxusun ki, sonra tələbkar Akif müəllimin bu sınağından da alnıaçıq çıxaq. Əslində bu, Valehin ən çətin durumdan çox məharətlə çıxmaq istedadı idi. Sonradan o, bütün bunları hərb sahəsində zabit kimi tətbiq edəcəkdi. Professor Akif Hüseynlinin Axundzadənin komediyaları ilə bağlı müzakirəsindən hamımız uğurla çıxdıq. Bu, Valehin sayəsində mümkün olmuşdu. Daha çox tarixi romanları oxuyardı. Bir də dedektiv janrına meylli idi. Çingiz Abdullayevi, Elxan Elatlının əsərlərini evdən universitetə, universitetdən evə gedərkən oxuyur, demək olar ki, bir günün içərisində bitirirdi. Sonradan taleyini də filologiyaya yox, hərb sahəsinə bağladı… Bəlkə də biz onun zəkasından elm sahəsində də faydalana bilərdik. Amma seçimi, alın yazısı başqa qərar qəbul etdi…

Valeh Bədəlov azdanışan, sakit uşaq olasa da yaxın çevrəsi ilə intellektual zarafatıarı ilə diqqət çəkərdi. Nitqi, fikirlərini son dərəcə aydın şəkildə çatdırma qabiliyyətinə malik idi. Onu sonuncu dəfə 2017-ci ilin martında Cəbrayılın azad olunan Cocuq Mərcanlı kəndində gördüm. O zaman kənddə hələ təzə – təzə quruculuq işlərinə başlanılmışdı. Təsadüfən görüşdük. Daha doğrusu, məni səsimdən tanıdı. Ayaqüstü söhbətləşdik. Sonra uçuq bir evin yanındakı hərbçilərə doğru addımladı. Nə üçün gəldiyimi soruşdu. Şəkil çəkdirmək istədim, dedi ki, indi olmaz, sonra…

Son sözü o oldu ki, qrup yoldaşlarımızdan kiminlə görüşürəm. Mən də əlaqədə olduğum uşaqların adlarını sadaladım və sağollaşdıq. Valehdən son xəbəri isə oktyabrın 7-də eşitdim. Həmin gün Cəbrayılın dördyol deyilən ərazisində şəhid olmuşdu. Xüsusi təyinatlı qüvvələrin baş leytenantı Valeh Bədəlov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. İndi görün ki, biz İkinci Qarabağ savaşında Valeh kimi təkcə cəsarətli, qorxmaz yox, həm də bir o qədər intellektual, savadlı adamları itirmişik.

Tural Turan,

AYB Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bərdə İdman İctimaiyyətinə ağır itki baş vermişdir-FOTO

Next

Zaqatalada körpələr evi-uşaq bağçası yandı – YENİLƏNİB

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv