Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Rusiya-Ukrayna gərginliyi – dünya gücləri seytnot vəziyyətində

By Vüsal Rafiqoğlu
16.02.2022 3 Min Read

Artıq bir müddətdir ki, dünya informasiya portalının gündəmi Qərblə Rusiya arasında yaranmış qarşıdurmaya məhkum olub. Demək olar ki, hər gün Ukrayna ətrafında yaranmış gərgin siyasi və hərbi vəziyyətlə bağlı olan məlumatlar dünya gündəmini zəbt edib. Sanki müharibənin başlanacağı an məsələsi olub. Hətta Qərb KİV-ləri bir neçə dəfə müharibənin başlanacağı dəqiq tarixi də söyləyib. Lakin bu günə qədər Ukrayna cəbhəsində ümumi gərginlik müşahidə olunsa da, real hərbi əməliyyatlar başlamayıb. Qarşılıqlı ittihamlar və hədələrin müşayiət olunması ilə yanaşı, son 72 saat ərzində Ukrayna ətrafında Qərblə Rusiya arasında bir sıra maraqlı məqamlar meydana çıxdı.

Belə ki, ilk öncə Qərb tərəfindən təklənən Rusiyadan qarşıdurmanın daha çox diplomatik müstəvidə həll olunması istiqamətində ciddi mesajlar verildi. Fevralın 14-də Kremldə Rusiya Prezidenti ayrı-ayrılıqda xarici işlər və müdafiə nazirlərini qəbul etdi. Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin tərəfindən xarici işlər naziri Sergey Lavrova ünvanlanmış sualların daha çox “diplomatik həll” variantı ilə cavablandırılması və danışıqlar üçün hələ də limitin bitməməsi cavabının verilməsi onu deməyə əsas verir ki, Rusiya rəsmi olaraq, danışıqlar vasitəsilə münaqişənin bitməsində maraqlıdır. Bununla yanaşı, Rusiyanın Şərq cəbhəsində genişmiqyaslı hərbi təlimləri uğurla keçməsi və bu təlimlər zamanı ABŞ-a məxsus sualtı qayığın aşkarlanması faktı da ona işarə edir ki, Qərbin Rusiyaya qarşı əzələ nümayiş etdirməsi dərhal cavablandırla bilər. Nəbz yoxlaması zamanı Rusiyanın ayıq-sayıqlığı bir daha özünü göstərdi. Çünki əsas qüvvələrin Ukrayna sərhədlərində cəmləşdiyi bir vaxtda Şərq istiqamətində hansısa bir inversiyanın Qərb tərəfindən ehtimal oluna bilməsini məhz belə yoxlama ilə sübuta yetirmək olardı.

Digər mühüm addım isə qarşıdurmanın mərkəzində olan Ukrayna tərəfindən atıldı. Fevralın 15-də Ukrayna Prezidenti 16 fevralı Ukraynada “Milli birlik” günü kimi elan etdi. Məhz fevralın 16-sı Qərb KİV-ləri tərəfindən Rusiyanın Ukraynaya hücum edəcəyi ən son real tarix kimi göstərilmişdi. Bunun ardınca Rusiya Müdafiə Nazirliyi Baş Qərargahının rəsmisi Ukrayna cəbhəsində hərbi təlimlər adı ilə cəmləşmiş hərbi birliklərin öz dislokasiya yerlərinə qayıtmaları anonsunu verdi. Baş verən hadisələr fonunda Ukrayna Prezidenti öz xanımı ilə ölkəsində olduğunu və bu çətin zamanda ölkəsini tərk etmək istəyən şəxsləri öz fikirlərindən çəkinmələrini bildirdi. Artıq bu gün Ukraynada rəsmi olaraq, “Milli birlik” günü ilə bağlı şənliklər başlayıb.

ABŞ başda olmaqla bir sıra Avropa dövlətlərinin bu münaqişə ilə bağlı sərgilədiyi mövqe daha maraqlıdır. Artıq ABŞ-ın öz diplomatlarını Ukraynadan çıxarmaq, amerikalıların Ukraynaya səfərlərini təxirə salmaq və hətta Blinken tərəfindən səfirliyin Kiyevdən Lvova köçürülməsi kimi bəyanatlar səsləndirilib. ABŞ tərəfindən hərbi təyinatlı yük daşıyan 10-a yaxın təyyarə Ukraynaya uçuş edib. Ən yaxın müttəfiq olan Böyük Britaniya da bu məsələdə ABŞ-a dəstək olub. Qərb KİV-ləri tam şəkildə Rusiyaya qarşı təbliğatı davam etdirir. Avropa ölkələrinin daxilində yaranmış vəziyyətlə bağlı iki və ya üçtirəlik yaranıb. Bir sıra Avropa dövlətlərinin, məsələn, Fransa, Almaniyanın rəhbər şəxslərinin Rusiyaya səfərləri oldu. Qərbin bir növ elçiləri kimi çıxış edən bu dövlətlər Avropanın ümumi təhlükəsizlik strategiyasının qorunması və Rusiyanın tələbləri arasında ciddi təkliflər və seçim qarşısında qalıb.

NATO bu münaqişənin əsas tərəflərindən biri kim baş verən hadisələri tam ciddiyyəti ilə izləyir. Məhz NATO-nun Şərqə doğru irəliləməsi nəticəsində bu gün Qərblə Rusiya arasında münasibətlər pik həddə çatıb. Buna görə də NATO bu məsələdə daha dəyişməz və radikal mövqe sərgiləməkdə davam edir. Bu gün NATO-nun Baş katibi öz müsahibəsində rus qoşunlarının bir hissəsinin geri çəkilməsini, lakin hərbi texnikanın hələ də Ukrayna sərhədlərində mövcudluğunu qeyd edib. Bu, bir tərəfdən təqdirəlayiq hal kimi qiymətləndirilsə də, digər tərəfdən Rusiyanın münaqişəni eskalasiya etmək ehtimalını hələ də saxlayır. Bu halın davam edəcəyi müddət ərzində NATO Rusiyanın hərəkətlərini ittiham etməkdə israrlı olacaq.

Nəhayət, Avropa və Asiya şahmat lövhəsində yaranmış bu seytnot vəziyyətində əsas iştirakçılar demək olar ki, bütün gedişləri ediblər. Müharibənin başlamasında hər iki cəbhəni çəkindirən əsas məqam həm Qərbin, həm də Rusiyanın nüvə arsenalına malik olmasıdır. Məsələnin bu həddə çatdırlmasına hər iki tərəf ehtiyat edir. Belə olan vəziyyətdə seytnotdan çıxmaq üçün ya oyun dayandırılmalı, ya da heç-heçə elan olunmalıdır.

Amid Əliyev, politoloq

Report.az

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əti bişirməzdən öncə yumaq zərərlidir – Səbəb

Next

Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin sayı beş oldu – RƏSMİ

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv