Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bir ailənin Novruz bazarlığı neçəyə başa gəlir? – Qiymətlər

By Vüsal Rafiqoğlu
15.03.2022 4 Min Read
Artıq Novruz bayramına sayılı günlər qalıb. Bu gün isə Novruz çərşənbələrinin sonuncusu – İlaxır çərşənbə qeyd olunur. İnsanlar yazın gəlişini milli adət-ənənələrimizə uyğun bol süfrə arxasında qeyd etmək üçün bayram hazırlıqlarına, bazarlığa başlayıb.
Hər kəs çalışır ki, bayram süfrəsi bol olsun. Novruz ənənələrinə uyğun süfrədə çərəzlər, bayramın atribunu sayılan şəkərbura, paxlava, qoğal, meyvələr, süfrənin bəzəyi olan plovun olması vacibdir.
Bəs görəsən bol süfrə açmaq arzusunda olan bir ailənin bayram bazarlığı neçəyə başa gəlir? Bayramı ürəyincə və bol süfrə arxasında qeyd etmək üçün insanlar nə qədər xərc çəkməlidirlər?
Bunu müəyyən etmək üçün üz tutduq paytaxtda fəaliyyət göstərən market, yarmarka və bazarlara…
İlk üz tutduğumuz ünvan yarmarka oldu.
Qeyd edək ki,​ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq martın 12-19-dən “Kənddən Şəhərə” yarmarkaları təşkil olunur. Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçirilən yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaqdır.
Burada qoz ləpəsi 7-16 manat, fındıq ləpəsi 10-14 manatdır.​ Qərzəkli fındıq 6-8 manat, qərzəkli qoz 4-6 manatdır. Badam 17-21 manat, şabalıd 10-11 manat, araxis 6 manata alıcılara təqdim olunur. Ərik qurusu 13-15, turşu gavalı 6-8 manatdır. Xurma qurusu 2-2.50, İran xurması 2.50- 6, şabalıd 9-11, kiçik ölçülü innab 4 manat, böyüyü isə 6 manatdır. İydə 5-7 manat, kişmiş 6-11, qara kişmiş 12-15 manatdır.
Alma 1-2 manat, armud 2-4 manat, heyva 1-2 manat, apelsin 1.70-2 manat, mandalin 1.80-2.50, kivi 2.50-3 manat. Burada qoyun ətinin 1 kiloqramı 12-14 manat, mal əti 9.50-11 manat, 3 toyuq 9-10 manata alıcılara təklif olunur.
Səməni isə 1-5 manatdır.
 
Satıcı Əlövsət Quliyev deyir ki, Novruz bayramı ilə əlaqədar yarmarkalar ənənəvi olaraq hər il təşkil edilir. ​ Burada bütün məhsullar birbaşa fermerlər tərəfindən paytaxt sakinlərinə təqdim olunur. Özü də münasib qiymətə: “Hətta elə məhsullar var ki, onlar bazarla müqayisədə yarmarkada daha ucuz satılır”.
Alıcı Aydın Səfərovun sözlərinə görə, insanlar əsasən ucuz məhsul əldə etmək üçün üz tuturlar kənd təsərüfatı yarmarkalarına. Ancaq bəzi hallarda yarmarkalarda satılan məhsullarla bazarda satılan məhsulların qiymətində demək olar ki, bir fərq olmur. Hətta bəzi hallarda, yarmarkalarda satılan məhsulların qiyməti daha baha olur:
“Ötən illə müqayisədə bu il yarmarkada satılan bəzi məhsulların qiymətində bahalaşma müşahidə olunur. Satıcılar deyir ki, buna səbəb məhsulu yerindən baha qiymətə almalarıdır. Bəzi məhsulları buradan aldım. Ancaq qoz-fındıq və meyvə qurularını bazardan alacam. Sadaladığım məhsullar yarmarkada bahadır”.
Bəzi metro stansiyalarının çıxışlarında da bayram məhsulları satılır.
Metronun “Elmlər Akademiyası”​ stansiyasının girişində alıcılara təqdim olunan qoz ləpəsi 14-16 manat, fındıq 12 manat, badam 14-16 manat, qabıqlı qoz 5-6 manat, fındıq 4-5 manat, fıstıq 22 manat, şabalıd 8 manatdır. Ərik qurusu 12 manat, kişmiş 6-9 manat, innab 3.50-4 manat, iydə 5-6 manat, xurma 5-6 manat, alça qurusu 5 manat, gavalı qurusu 7 manat, xurma qurusu 6-7 manatdır.
Səməni 1-5 manatdır.
Paytaxtda ucuz bazar kimi tanınan “8-ci kilometr” bazarında isə məhsullar​ nisbətən aşağı qiymətə alıcılara təqdim olunur.
Burada qoz ləpəsi 9-12 manat, qovrulmuş fındıq ləpəsi 14 manat, qovrulmamış fındıq 9-12 manatdır. Qərzəkli qoz 4-5 manat, fındıq 5-7 manatdır. Ərik qurusu 7-16 manat, kişmiş 4-15 manat, innab 2-4, iydə 5-6 manat, ​ xurma qurusu 5-7 manatdır. Paçka xurma 2 manat, çəki ilə 4-12 manata alıcılara təqdim edilir.
Bu bazarda alma 80-qəpik -1.50 qəpik, armud 1.50 qəpik -2 manat, heyva 80 qəpik- 1.50 qəpik, apelsin 1.70-2 manat, mandalin 2.20-2.50, banan 2.20-2.50 qəpiyə, kivi 2-2.50, ananas 5-6 manat, nar 1.50-2 manatdır. Limonun 5 ədədi 1 manatdır.
Xiyar 1.80 – 2.50 qəpiyə, pomidor 2.20-2.50 qəpiyə, 6 ədəd göy 1 manatdır. Burada qoyun ətinin 1 kiloqramı 15 manat, mal ətinin 1 kiloqramı 10-11 manat, 4 ədət toyuq 10 manatdır. Kənd yumurtası isə 0.25 qəpikdir.​ Novruz süfrəsinin bəzəyi olan səməni isə 1-6 manatdır.
Satıcı Səmayə İsayeva deyir ki, “8-ci kilometr” bazarında satılan məhsulların qiyməti market, yarmarka və Bakının digər bazarları ilə müqayisədə daha ucuzdur. Bu səbəbdən də buraya bayram bazarlığı etmək üçün gələn insanların sayı daha çoxdur: “Martın 1-dən etibarən alıcıların sayında artım müşahidə olunur. Xüsusən də bayram ləvazimatları alan alıcıların sayı daha çoxdur. Bim bazarda qiymətlər münasib, çeşid çox olduğundan hətta uzaq məsafədə yaşayan insanlar belə gəlib buradan bazarlıq edirlər. Alıcı sarıdan korluq çəkmirik”.
Paytaxt marketlərində də bayram məhsulları​ endirimli qiymətə alıcılara təqdim olunur. Ancaq bununla belə, burada qiymətlər yarmarka və bazarla müqayisədə çox yüksəkdir.
Burada qoz ləpəsi 17.50 -31 manat, fındıq 17.50 qəpik, badam 26-29.50, püstə 34 manat. Qərzəkli ​ qoz 3.80, fındıq 5 manat, iydə 4.24, xurma 3.40, badam 3.80. Kişmiş ağ 7.50 -17.50, qara 8.80 – 20.50, ərik15.30-19.50, tursu – 6.50 – 12, xurma 5-29.90 qəpiyə, innab 9.70 alıcılara təqdim olunur. Burada banan 2.80, alma 1.80 – 2.70, mandarin 2.20, apelsin 1.99-2 manat, ananas 7 manat, heyva 1.30-2 manatadır. ​ Pomidor 1.90- 2.70, xiyar 3.70, göyərti 0.17 qəpikdir.
Süfrələrin bəzəyi olan aşı hazırlamaq üçün lazım olan ərzaqların qiyməti: qablaşdırmada olan düyü 3.45- 4.82 qəpik, açıq 3.25 qəpik, kərə yağı 6.35-19.80 qəpikdir.
Şirniyyatın hazırlanmasında istifadə olunan un-1.20 -1.50 qəpik, şəkər tozu 1.35 -1.60 qəpik, vanil 0.9-0.19 qəpik, mixək – 1.75- 3.45, sarıkök – 0.55 – 1.90 qəpikdir.
Göründüyü kimi bayram bazarlığı etmək üçün bir ailəyə təxminən 180-200 manat vəsait tələb olunur. Bazarlığa bəzi ləvazimatlar – şirələr, kompot, şololad və s. əlavə edildikdə isə məbləğ bir qədər də artır.
 
 
BakuPost
 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qoz onkoloji xəstəliklərdən qoruyur? – Həkimdən açıqlama

Next

100 manata satılan kirpi əti nəyə faydalıdır? – Şəfa gücü

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv