Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

“Ermənistan davamlı sülh prosesinə mane olmağa çalışır, lakin bu, faydasız olacaq” – RƏY

By Vüsal Rafiqoğlu
02.04.2022 3 Min Read

“2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın qəbul olunmasından keçən 1,5 il ərzində, təəssüf ki, Ermənistan tərəfinin günahı səbəbindən hələ də bölgədə davamlı sülhün bağlanmasına nail olmaq mümkün olmayıb. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz torpaqlarını işğaldan azad etdi, Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi və ölkədə davamlı sülhün yaranması üçün hərbi, siyasi üstünlüyü ələ alaraq digər şərtlər daxilində də əməkdaşlığın bərpa olunması üçün yeni situasiya yaratmış olub”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Musa Quliyev deyib.

“Ötən dövr ərzində əlbəttə Azərbaycan tərəfi qarşıya qoyulan bütün məqsədlərə nail olmuşdu, istər Qarabağın və Şərqi Zəngəzur rayonlarının minalardan təmizlənməsi, təhlükəsiz vəziyyətə gətirilməsi və orada iqtisadi və sosial həyatın başladılması istiqamətində aparılan infrastruktur quruculuq proseslərinin uğurla davam etməsi və bölgə dövlətləri arasında da əməkdaşlığın yüksəlməsi, qarşılıqlı faydalı münasibətlərin qurulması üçün Azərbaycan yüksək səviyyəli işlər həyata keçirib. Bütün bunlar Azərbaycanın bölgədə siyasi çəkisinin artması ilə yanaşı iqtisadi gücünün və nüfuzunun da yüksəlməsinə xidmət edib. Azərbaycan Ermənistanla da davamlı sülhün təmin olunmasının bütün lazımi addımları atmaqdadır: sərhədlərin dəqiqləşdirilməsi, 10 noyabr bəyanatındakı bütün bəndlərin həyata keçirilməsi, xüsusilə qanunsuz erməni birləşmələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılması lazımi addımları atır və atmaqda davam edəcək”, – deyə Musa Quliyev bildirib.

Deputatın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında davamlı sülhün bağlanması, hər iki dövlətin qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmaması barədə rəsmi sənədin imzalanması çox vacibdir:

“Bundan sonra bölgədə iqtisadi münasibətlərin daha da səmərəli aparılması üçün kommunikasiyaların qarşılıqlı şəkildə açılması və genişlənməsi vacib şərtlərdən biridir. Ermənistan sözdə sülhün tərəfdarı olsa da, əməldə davamlı sülhə getməkdən boyun qaçırır. Bir tərəfdən, Ermənistan siyasəti daim belə sürüşkən olub, digər tərəfdən Ermənistanda siyasi hakimiyyətinin zəif olması, Ermənistan siyasi elitasına təsir edən xarici qüvvələrin olması, xüsusilə Ermənistandakı revanşist qüvvələrə – istər erməni diasporları tərəfindən, istərsə də bölgədə daimi sülhün olmasını istəməyən qüvvələrin verdiyi vədlər hesabına Ermənistanda daimi sabitlik yoxdur. Sabitliyin olmaması Ermənistanın Baş naziri Nikol Paşinyanı sülhlə bağlı addımlar atmaqdan çəkindirir və qorxudur. Amma Ermənistanın manevrlərinin də mənası və məntiqi nəticəsi olmayacaq, Azərbaycan qısa müddətdə Ermənistanı sülhə imza atmağa məcbur edə biləcək”.

Milli Məclisin üzvü qeyd edib ki, erməni tərəfinin iddiaları və bəhanələrindən biri yenə də sülhyaratma prosesinə ATƏT-in Minsk qrupunun cəlb olunması və Minsk qrupu çərçivəsində onların hazırlayacağı reseptlər əsasında sülhün imzalanması bəyan etmələri də prosesi uzatmaqdan başqa bir şey deyil:

“30 illik təcrübə göstərdi ki, ATƏT-in Minsk qrupu prosesi idarə etmək, münaqişəyə son qoymaq, ədalətli həll tapmaq yerinə məsələni uzadaraq ədalətli qərarlar çıxarmağa qarşı fəaliyyət göstərib. ATƏT-in Minsk qrupu siyasi-diplomatik bir bataqlıqdır. Ermənistanın prosesi həmin bataqlığa çəkməsi Azərbaycanla Ermənistan arasındakı davamlı sülh prosesinə mane olmaqdan başqa bir şey deyil. Bunu Azərbaycan ictimaiyyəti də yaxşı anlayır, bölgə dövlətləri də yaxşı anlayır və artıq Minsk qrupunun heç bir rolu və fəaliyyəti yoxdur”.

M.Quliyevin vurğulayıb ki, Azərbaycanın regionda və dünyada getdikcə iqtisadi, siyasi nüfuzu artır, Azərbaycan Avropanın enerjidaşıyıcılarla təminatında çox mühüm dövlətə çevrilib:

“Xüsusilə İran üzərindən Naxçıvan və Azərbaycanın ana hissəsinin birləşdirən, o cümlədən Türkiyə ilə Avropanı gələcəkdə birləşdirmək imkanı olacaq kommunikasiya xətlərinin qurulması ilə bağlı ikitərəfli müqavilənin imzalanması Ermənistanı yenə də iqtisadi layihələrdən kənarda qoymuş oldu. Buna görə də Ermənistan ictimaiyyəti daha çox düşünməlidir və Ermənistan hökuməti də maraqlı olmalıdır ki, Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçməklə qısa müddətdə açılsın və Ermənistan da Böyük İpək Yolundan və digər layihələrdən kənarda qalmasın. Heç şübhəsiz ki, proseslər Azərbaycanın nəzarəti altında gedir. Bunu Ermənistan istəsə də, istəməsə də həyata keçirəcəyik”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan ordusu dünyaca məşhur oyunda Rusiya silahlı qüvvələrini əvəz edə bilər

Next

Orucu necə tutaq? – Hacı Şahindən vacib məsləhətlər

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv