Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan bir ayda beş milyon dollar xərclədiyi məhsulu Qarabağın hesabına təmin edə bilər

By Vüsal Rafiqoğlu
10.04.2022 3 Min Read

Ekspertin fikrincə, Qarabağ və Şərqi Zəngəzur rayonlarında heyvandarlıq sahəsindəki yüksək potensial bərpa edilməklə yanaşı, yaxın gələcəkdə daha da inkişaf etdirilməlidir. İşğaldan azad edilmiş ərazilərdə ildə 30 min ton ət istehsalı proqnozlaşdırılır ki, bu da ölkənin özünü ətlə təmin etməsi baxımından əhəmiyyətli rəqəmdir.

Bu barədə “Kaspi” qəzetində maraqlı araşdırma dərc olunub.

Tələbatı tam ödəmək məqsədilə bir çox ərzaq məhsulları ölkəyə xaricdən idxal edilir. Bu sıraya ət və ət məhsulları da daxildir. Ət məhsullarının idxaldan asılılığını azaltmaq üçün indiyədək dövlət qurumları tərəfindən aqrar sahəyə ciddi dəstək olunub. Hər ötən il bu sahədə statistik göstəricilər müsbətə doğru dəyişib. Lakin hələ də ət və ət məhsulları sahəsində idxaldan asılılıq var. Belə ki, Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvarında Azərbaycan 5 milyon 720.46 min ABŞ dolları dəyərində 3 165.38 ton ət idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 32.9% və 34.3% çoxdur.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında ölkənin xaricdən ət alışının həcmi 2 357.85 ton olub. Buna xərclənən vəsait isə 4 milyon 304.93 min dollar təşkil edib. Maraqlıdır, ətin idxalındakı artım nə ilə bağlıdır? İdxalı azaltmaq üçün hansı işlər görülməlidir?

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında iqtisadçı alim Mahir Zeynalov bildirdi ki, Azərbaycan ətə olan tələbatını tam ödəyə bilmədiyindən, əlavə olaraq xaricdən ət və ət məsulları idxal edir: “Nə qədər qəribə səslənsə də, ətin idxal qiymətləri yerli istehsal qiymətlərindən ucuzdur. Ancaq idxal ətinin keyfiyyəti aşağıdır. Ona görə, keyfiyyətsiz olsa da, idxalçılar ucuz ət idxalında maraqlıdırlar. Bu ucuz ətdən, əsasən, yeyinti sənayesində, kolbasa istehsalında istifadə edilir. Ona görə də ilin ilk ayında idxalda artım qeydə alına bilər. Bununla belə, son aylarda daxili bazarda yerli ətin bahalaşması da idxalı stimullaşdırır. Həm də idxalda qeyd edilən artım ötən ilin yanvar ayı ilə müqayisədə ortaya çıxıb, il boyu ət idxalında belə yüksək artım gözlənilmir”.

İqtisadçı ekspert vurğuladı ki, Azərbaycanın özünü ətlə təminetmə səviyyəsi 84,5%-dir: “Ölkədə ildə (2020-ci ildə) 346 min ton ət istehsal olunur, daxili tələb 410 min tondur, 63,6 min ton ət idxal edilir. Quş əti ilə təminetmə səviyyəsi isə 79%-dir. Ölkədə ildə 115 min ton quş əti istehsal edilir, daxili tələb 146 min tondur, 31 min ton idxal edilir. Ölkəmiz yalnız qoyun əti ilə özünü təmin edə bilir (97%). 2021-ci ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə quş əti də daxil olmaqla, diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 507,3 min ton olmuşdur.

Dünya bazarında ət istehsalı artsa da, ona tələb də yüksəlir. Hətta BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksinə görə, 2021-ci ildə ət 12,7%, süd məhsulları 17% bahalaşıb. Orta gəlirli ölkələrdə insanlar heyvandarlıq məhsullarına və balığa üstünlük verməyə başlayıblar. Bahalaşmaya əsas səbəblər koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlər tətbiq etməsi, ixrac rüsumlarını artırması, ixracatçı ölkələrin daxili ərzaq ehtiyatlarını artırmağa yönəlmiş siyasəti, əlverişsiz iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən də ekoloji təmiz məhsullara tələbatın artması kimi amillərdir. Hətta 2022-ci ildə də qiymət artımlarının davam edəcəyi gözləniləndir”.

M.Zeynalov qeyd etdi ki, işğaldan azad edilmiş torpaqlarda heyvandarlığın inkişaf etdirilməsi hesabına ət istehsalının artırılması mühüm əhəmiyyət daşıyır: “Bu, həm də ərzaq təhlükəsizliyi, daxili bazarın ekoloji təmiz, keyfiyyətli ət və ət məhsulları ilə təmin olunması baxımından  vacibdir. İşğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatı dirçəldikdən sonra Qarabağda əsas aparıcı sahələrdən biri heyvandarlıq məhsullarının, o cümlədən ət istehsalı olacaq: “İşğaldan azad edilmiş rayonlarda ildə 30 min ton ət istehsalı proqnozlaşdırılır ki, bu da ölkənin özünü ətlə təminetmə səviyyəsinin yüksəlməsi və idxalın əvəzlənməsi baxımından əhəmiyyətli rəqəmdir. Bu rayonlarda kənd təsərrüfatı dirçəldikdən sonra Azərbaycan özünü mal, qoyun və keçi əti ilə tam təmin edə biləcək”.

İqtisadçı-alimin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə  ənənəvi heyvandarlıq sahələri yüksək potensiala malikdir: “Qarabağda heyvandarlığın inkişafı üçün təbii şərait var. Heyvandarlıq Qarabağın iqtisadiyyatında özünəməxsus mühüm yer tutan ənənəvi sahələrdən biridir. 1980-ci illərdə Qarabağ və ətraf rayonlarda 321 min baş iribuynuzlu (ondan 110,3 min başı inək və camışlar), 1106,7 min baş xırdabuynuzlu heyvanlar bəslənilirdi. İribuynuzlu heyvanların sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti 16,2%, xırdabuynuzlu heyvanların sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti isə 19,3% təşkil edirdi ki, bu da o dövr üçün kifayət qədər əhəmiyyətli rəqəmlərdir. Qarabağın iqtisadiyyatında ənənəvi sahə olan heyvandarlıq yaxşı inkişaf etmişdi. Belə ki, 1980-ci illərdə keçmiş Yuxarı Qarabağ və Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında ildə 27,5 min ton ət, 163,8 min ton süd, 94,3 milyon ədəd yumurta istehsal edilirdi. Ölkə üzrə ət və süd istehsalının 15%-i, yumurta istehsalının isə 8,8%-i bu regionun payına düşürdü. Qarabağ və Şərqi Zəngəzur rayonlarında heyvandarlıq sahəsindəki yüksək potensial bərpa edilməklə yanaşı, yaxın gələcəkdə daha da inkişaf etdirilməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Next

Uşaqlarda boy artımını sürətləndirən qidalar

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv