Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Gənc nəslin fiziki-mənəvi inkişafında idman siyasəti xüsusi əhəmiyyətə malikdir

By Vüsal Rafiqoğlu
12.04.2022 3 Min Read

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın bütün sahələrinin inkişafı üzrə o cümlədən, idmançıların yüksək səviyyədə qayğı ilə əhatə olunması və idman komplekslərinin müasir tələblərə cavab verəcək səviyyədə qurulması üçün xeyli işlər görülmüşdür. Bu gərgin əməyin nəticəsidir ki, Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınaraq böyük nüfuz qazanmışdır. Respublikamızın bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilmiş, idmanın əlçatanlılığının artırılması məqsədilə bir çox addımlar atılmışdır. Eyni zamanda, bu gün ölkəmizdə çox saylı idman mərkəzləri uğurla fəaliyyət göstərməkdədir. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirmişdir. Respublikamızda I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, “Formula-1” Bakı Qran-prisi, müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları, digər möhtəşəm yarışlar yüksək səviyyədə təşkil olunaraq keçirilmişdir. Atletlərimiz  çıxış etdikləri son 7 olimpiadada möhtəşəm tarixi zəfərlərə imza ataraq ümumilikdə  53 medal qazanmıışdr. Bütün bu uğurlar Azərbaycan Prezidentinin idmana göstərdiyi böyük diqqət və qayğı sayəsində mümkün olmuşdur.

Ölkə başçımız idmanı sadəcə ölkəmizi dünyada təbliğ etmək üçün vasitə olaraq yox həm də, sağlam cəmiyyətin formalaşması və gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirmək üçün bir vasitə olaraq qəbul edir. Sitat: “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”. Bəli, idman ilk olaraq fiziki cəhətdən sağlam gəncliyin formalaşması deməkdir ki, bu da hər ölkənin öz gələcəyini təmin etməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Yalnız fiziki və mənəvi baxımdan sağlam gənclik öz ölkəsinin azad, firavan gələcəyində rol oynaya bilər. Rusiyalı məşhur idmançı Aleksey Volkov bu xüsusda qeyd edir ki, idman bu gün ucuz mədəniyyət və pis vərdişlərin istilasına qarşı durmağa qadir olan əsas sosial amildir. Digər bir tərəfdənsə, idman mühüm sosial fenomen kimi cəmiyyətin bütün təbəqələrini ortaq bir müstəvidə birləşdirərək, cəmiyyətin vətənpərvərlik hisslərinin alovlanmasına şərait yaradır. Yəqin ki, hər birimiz 44 günlük Vətən müharibəsindən qısa bir müddət sonra aparıcı şahmatçılarımızdan biri olan Teymur Rəcəbovun erməni rəqibi Levon Aronyanı məğlub etməsini və dərhal sonra kövrəlməsini xatırlayırıq. Ya da məşhur yunan-roma güləşçilərimizdən biri olan Rəsul Çunayevin erməni rəqibi üzərində cəmi 23 saniyədə əldə etdiyi qələbədən sonra hərbi salam verdiyi anları üzərindən illər keçsə də unuda bilmirik. Beləliklə, əminliklə demək olar ki, idman xalqın, xüsusilə də gənclərin vətənpərvərlik ruhunda yetişməsi üçün ən effektiv metodlardan biridir. Dövlət başçımızın idmanla bağlı daha bir sitatını  xatırlatmaq istərdim: “İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir”. Bu sözləri  ölkə başçısı Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən söyləyib. 08 aprel 2022-ci il tarixli bu görüş bir çox maraqlı anlarla yaddaqalan idi.

Məlumat üçün qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında güləşçilərimiz 16 medal qazanaraq Azərbaycanın idman şöhrətini bir daha yüksəklərə qaldırdılar. Sevindirici haldir ki, yığmamız böyük bir uğura imza ataraq tarixində ilk dəfə komanda hesabında Avropada birinci yeri tutdu və bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır, güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu hər keçən gün daha da artırır. Şübhə yoxdur ki, müzəffər ölkəni və qalib xalqı təmsil etmək idmançılarımız üçün yeni stimul  mənbəyidir. Əminik ki, idmançılarımız növbəti yarışlarda da möhtəşəm qələbələri ilə yeni tarix yazacaqlar. Onlar dövlət başçısının yüksək diqqət və qayğısını, xalqımızın inamını doğruldacaq, son ana qədər əzmkarlıqla mübarizə apararaq himnimizi səsləndirəcək, müqəddəs bayrağımızı daim yüksəklərə qaldıracaqlar.

Emin Sarıyev,
Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

2018-2022: Köklü islahatlar Azərbaycanın sosial dövlət kimi mövqeyini daha da möhkəmləndirir

Next

Sülh gündəliyinin reallaşmasına doğru atılan addım – Brüssel görüşü

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv