Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

İlk Sosialist Əməyi Qəhrəmanı Baba Babazadə

By Vüsal Rafiqoğlu
16.04.2022 4 Min Read

Arxivdə yaşayan ömürlər

Azərbaycan ərazisi mühüm neftçıxarma rayonu kimi dünyada məşhurdur. Ötən əsrin 30-cu illərindən başlayaraq Azərbaycanda neft istehsalının artımı, yeni quyuların kəşf olunması, bunun üçün aparılan geoloji-kəşfiyyat işləri özünün yeni mərhələsinə qədəm qoydu. Bir sıra tanınmış geoloqların apardıqları elmi-tədqiqat işləri öz bəhrəsini vermiş, çətin tarixi şəraitdə SSRİ-nin iqtisadi qüdrətini yüksəltmişdi. Məlumdur ki, sənaye üsulu ilə ilk neft quyusu dünyada ilk olaraq 1847-ci ildə Abşeron yarımadasında qazılmışdır. İndiyədək Azərbaycanın neft yataqlarından 1 milyard tondan çox neft çıxarılmışdır. O da məlumdur ki, Azərbaycan nefti dünyada ən keyfiyyətli neftlərdən biridir. Hazırda böyük dərinliklərdə (5500-6000 metr) neftli-qazlı horizontlar aşkar edilmişdir.

Neft kəşfiyyatının əsas vəzifələri neft və qaz yataqlarını aşkar etmək, onları geoloji-iqtisadi cəhətdən qiymətləndirmək, sənaye üsulu ilə istifadəyə hazırlamaqdır. Kəşfiyyatda geoloji, geofizika, geokimyəvi metodlardan və quyu qazılmasından istifadə olunur. Neft-qaz istehsalının artırılması sahəsində geoloji kəşfiyyat işinin aparılmasında öncüllərdən sayılan görkəmli geoloq alim, Sosialist Əməyi Qəhrəmanı, iki dəfə Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Baba Babazadənin bu işdə böyük əməyi olmuşdur.

Baba Qurbanqulu oğlu Babazadə 25 aprel 1911-ci ildə Bakının Ramana kəndində anadan olmuşdur. Atası Qurbanqulu Ramanadakı neft müəssisələrində neftçi kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Baba hələ 9 yaşında orta məktəbdə şagird olarkən, həyatı təzə-təzə görməyə başlayarkən Azərbaycanda Sovet hakimiyyəti qurulmuşdur. Sovet hakimiyyətinin gəlişindən sonra B.Babazadə 1929-cu ildə Sənaye Texnikumunu bitirir. Bu ərəfədə Babanın atası istehsalat qəzasına düşür, qazdan zəhərlənir, iflic xəstəliyinə tutulur və əlilliyə görə təqaüdə çıxır.

Ailədə baş verən faciəyə, çətin maddi duruma baxmayaraq Baba hər an ali təhsil almaq haqqında düşünür. 1929-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olaraq 1934-cü ildə həmin ali məktəbi başa vurur. B.Babazadə əmək fəaliyyətinə “Əzizbəyovneft” Neft Mədən İdarəsində “Qala” neft yatağının tədqiqilə başlamışdır. Belə ki, 1936-cı ildə onun rəhbərliyi ilə qazılmış quyunun dərin qatlarından “Qala lay dəstəsi” açılmışdır. Bu kəşf əsasında neft verən quyuların həm quru, həm də dəniz yataqlarının böyük məhsuldarlığa malik ehtiyatlarla zəngin olduğu meydana çıxmışdır. 1942-ci ildə “Əzizbəyovneft” Neft Mədən İdarəsində baş geoloq işlədiyi müddətdə “Buzovna-Maştağa” yatağının açılması da Baba Babazadənin adı ilə bağlıdır.

On bir il fasiləsiz olaraq “Əzizbəyovneft”də çalışan B.Babazadənin rəhbərliyi ilə o vaxtkı İttifaq ərazisində ən iri neft mədənləri işə salındı. O, bütün gücünü və bacarığını doğma Vətəninin çiçəklənməsinə həsr etmiş, rəhbərlik etdiyi müəssisədə nizam-intizamın bərqərar olmasına, özünə və digərlərinə tələbkarlıqla yanaşmasına, obyektivliyə, sağlam iş rejiminin yaranmasına çalışmışdır. Bu keyfiyyətlərinə görə geoloji şöbə ən qabaqçıllardan biri olmuşdur.

Ölkədə neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Baba Babazadə SSRİ və Azərbaycan neftçiləri arasında ilk dəfə olaraq Sosialist Əməyi Qəhrəmanı adına, birinci dərəcəli Dövlət (Stalin) mükafatına, Lenin mükafatına və üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülmüşdür. Baba Babazadə istehsal fəaliyyəti ilə yanaşı, ölkəmizin ictimai və siyasi həyatında fəallardan biri olmuşdur. 1938-ci ildən Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının üzvü olan qabaqçıl geoloq rayonun partiya təşkilatının işlərində mütəmadi olaraq iştirak edir, göstəriş və tapşırıqları layiqincə yerinə yetirir. Elə həmin il o, Əzizbəyov Rayon İcraiyyə Komitəsinin deputatı seçilir.

Böyük Vətən müharibəsinin ağır illərində neftçi-geoloqlar ordusu arxa cəbhədə xarüqələr yaradaraq gecə-gündüz çalışmış, hər ton çıxan nefti ehtiyat saxlayaraq ön cəbhəyə göndərərək Vətənin hərbi-təsərrüfat qüdrətini artırmaqla düşmən üzərində qələbəni hər an yaxınlaşdırdı. B.Babazadənin rəhbərlik etdiyi “Əzizbəyovneft” Neft-Mədən İdarəsinin geoloqları da Vətənin bu çətin, ağır günlərində Vətənə öz töhfələrini vermişlər.

1942-ci ilin fevralında SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə neft emalı sahəsində uğurlarına görə B.Babazadə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur. Buzovnada irimiqyaslı neft mədənlərinin aşkarlanmasına görə isə B.Babazadə ən yüksək mükafata – Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür. 1941-1945-ci illər Böyük Vətən müharibəsində “Qafqazın müafiəsinə görə”, “Rəşadətli əməyə görə” medalları və Fəxri fərmanlarla təltif olunmuşdur.

Baba Babazadə 1945-1952-ci illərdə “Azneft” Birliyinin baş geoloqunun müavini, daha sonra baş geoloq və Birliyin rəisi vəzifələrini icra etmişdir. 1954-cü ildə Neft Sənaye Nazirliyinin baş geoloqu kimi fəaliyyət göstərmişdir. 1960-cı ildən ömrünün sonuna qədər isə “Azneft” Birliyinin baş geoloqu vəzifəsində çalışmışdır.

Buzovna-Maştağa, Zirə, Kürsan, Qaradağ, Neft Daşlarının Şimal-Şərq qanadında, Palçıq pilpiləsi, Kürovdağ, Müşovdağ, Qum adası və digər yerlərdə zəngin neft yataqlarının kəşfi onun adı ilə bağlıdır. Bundan əlavə o, dənizdə və quruda neft hasil edən yeni bazaların yaradılmasında da fəal iştirak edib ki, bu da Azərbaycanda qaz-sənayesinin təməlinin qoyulmasına əsaslı təkan vermişdir.

Baba Babazadə həm də neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı işlərində yeni metodların yaradıcılarındandır. Müxtəlif torpaq suxurlarında neft və qaz yataqlarının yerləşməsinin qanunauyğunluqları barədə B.Babazadənin elmi əsərlərində geniş bilgilər toplanıb. Məhz bu ideyalar bütün Sovet İttifaqının neft rayonlarında düzgün geoloji kəşfiyyat işlərinin aparılması istiqamətində nəzəri bazar olunu oynayıb

Baba Babazadə 1949-cu ildə geologiya-mineralogiya üzrə elmlər namizədi, 1962-ci ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini almışdır. O, 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Eyni zamanda, pedaqoji fəaliyyətlə məşğul olan B.Babazadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dərs demişdir. Onun “Buzovna-Maştağa neft yatağı və Abşeronun dərində yatan perspektiv strukturlarının axtarışı adlı monoqrafiyası 1952-ci ildə Sankt-Peterburq (Leninqrad) şəhərində çap olunmuşdur.

B.Babazadə 1962-ci il avqustun 18-də vəfat etmişdir.

Baba Babazadənin sənədli materialları Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivinə (135 sayda) oğlu tərəfindən təqdim olunmuşdur. Fondun əsasını B.Babazadənin yaradıcılıq materialları, məqalələri, çıxışları, bioqrafik materialları, şəkilləri təşkil edir.

Müzahim Ələkbərov,
Azərbaycan Dövlət Elm və Texnika Sənədləri Arxivinin əməkdaşı

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Uğurlu siyasət: Qarşıya qoyulmuş bütün vəzifələr icra edilir

Next

Şəhid ailələri və qazilərə diqqət və qayğı davamlıdır

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv