Bu ilin üç ayında 11,1 min ton alma ixrac edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən almanın dəyəri 7,2 milyon dollar olub.
Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında dəyəri 5,6 milyon dollar olmaqla 14,1 min ton alma ixrac edilib.
