Bu ilin yanvar-mart aylarında 833 ton arpa idxal edilib.
ARANTV.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən arpanın dəyəri 353 min dollar olub.
Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 2,4 milyon dollar olmaqla 11,2 min ton arpa idxal edilib.
