Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Maska rejiminin ləğvi gündəmdə

By Vüsal Rafiqoğlu
20.04.2022 3 Min Read

Həkim: “Pandemiya bitib, camaata niyə zülm edirlər?”

Dünya çapında koronavirus əsarətindən qurtulma prosesi getməkdə və genişlənməkdədir. Son 2 ildə həyatı və hərəkətliliyi məhdudlaşdıran, dünyanı evə sığışdıran pandemiya öz qara kölgəsini insanlıqdan çəkməkdədir. Bir sıra ölkələrdə qadağalar aradan qaldırılıb. Azərbaycanda isə koronovirus qadağaları xeyli dərəcədə yumşaldılıb. Lakin bəzi absurd detallar və bunlara uyğun olaraq, cəzalar qalmaqdadır. Onlardan biri də maska məcburiyyəti və buna görə kəsilən cəzalardır.

Yeri gəlmişkən, bir çox dünya ölkələrində artıq maska və vaksin pasportu tələbi artıq yanvar-fevral ayından ləğv olunmağa başlayıb. Bəs Azərbaycanda niyə qadağalar aradan qaldırılmır?

Koronavirusa yoluxmuş xəstələrin müalicəsində birbaşa iştirak etmiş həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları deyib: “Biz dəfələrlə demişik, maska tələbi aradan qaldırılsın. Təəssüf ki, hələ də bu barədə qərar verilmir. Məqsəd nədir, mən başa düşə bilmirəm. Bir gün öncə yoluxma sayı 3 nəfər olub. Ölüm yoxdur. Mən xəstəxanada işləyirəm. Demək olar ki, bir aydan çoxdur ki, xəstəxanaya hərarəti olan xəstə müraciət etməyib, COVİD-19 əlamətləri ilə müraciət edən yoxdur. Bu qapalı məkanlarda, ictimai nəqliyyatda maska geyinilməsi tələbinin məntiqini anlaya bilmirəm. Yoluxma yox, pandemiya bitib, nədir məqsəd? Niyə insanlara belə zülm olunur, anlamıram. Biz dəfələrlə müraciət etmişik.

Həkim Aydın Əliyev: Bütün digər karantin rejimləri ləğv edilməlidir, mütləq  şəkildə! İnsanların rayonlara... » AzadQadin.Az - Qadın İnformasiya Portalı

Aydın Əliyev

Hətta mən deyərdim ki, COVİD-19-a qarşı pasportun tələbi də yersizdir, mənasızdır. Pandemiya bitib artıq. Niyə dünyada ən son biz, bütün ölkələrdən sonra qərar veririk. Bütün ölkələr dəyişir, inkişaf edir, biz hələ qalırıq. Hazırda həm maska, həm də COVİD pasportu tələbinin heç bir məntiqi izahı ola bilməz. Kiminsə əks arqumenti varsa, gəlsin, çıxaq efirdə müzakirə edək. Görək, bunun bir məntiqi, elmi əsası varmı? Polisləri də qınamıram. DİN-in mətbuat xidmətinin rəhbəri  açıqlama verdi ki, qərarı Operativ Qərargah verir. DİN icraedici qurumdur, qərarları icra edir. Sadəcə olaraq, qərarda belə bir məqam var ki, polis əməkdaşı yaxınlaşıb vətəndaşdan tələb edirsə, vətəndaşın haqlı, üzrlü səbəbi varsa, ona cərimə yazılmamalıdır. Polis bunu edər. Mən polisləri dəvət edirəm ki, insanları bu məsələdə incitməsinlər. Operativ Qərargah bu qərarı dəyişməlidir. Bütün insanlar sosial şəbəkələrdə, efirlərdə buna haqlı olaraq etirazını bildirirlər. Elə bil ki, deyilən sözlər daşa-divara dəyir. ”Park Bulvar”dakı sıxlığı hamı gördü, heç kim də maska geyinməmişdi. Amma heç kim də yoluxmadı. Çünki COVİD-19 artıq yoxdur”.

Həkim bəzi ekspertlərin payızda virusun yenidən yayılacağı ilə bağlı dediklərinə də fikir bildirib: “Payızda olacaqsa, o zaman qərar verərik, yenə maska geyinərik. Hazırda buna ehtiyac yoxdur axı. İnsanlara niyə zülm edək ki. Sabah nə olacaqsa, qərarını sabah verərik də”.

Azərbaycanda pandemiya bu tarixdə bitəcək - ŞOK AÇIQLAMA

Könül İsmayılova

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini deyib: “Son günlərin statistikası yoluxma sayında əhəmiyyətli dərəcədə  azalma göstərir. Dekabr ayının sonlarından başlayaraq, koronovirusa yoluxma hallarında azalma dinamikasının müşahidəsi bir sıra dövlətlərdə, o cümlədən də ölkəmizdə pandemiya ilə əlaqədar aparılan mübarizə tədbirlərində bir sıra yumşalmaların tətbiq edilməsi zəruriliyini  ortaya qoyur və bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən tədbirlər görülərək ölkə ictimaiyyətinə bildirilib. Hazırda artıq respublikamıza giriş üçün PCR testinin mənfi nəticəsini təqdim edən sənəd zərurəti aradan qaldırılıb.  ÜST rəsmisinin son həftəlik hesabatında da, koronovirusla yoluxma və ölüm hallarında dinamik azalma olması bildirilir. Bütün bu qeyd olunanlar,  təbii ki, arzuolunandır, lakin bu xəstəliyin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemik vəziyyətdən endemik vəziyyətə keçdiyi bildirildiyi təqdirdə, bizi gözləyən təhlükələrin artıq geridə qalması ilə bağlı narahatlıqlara son qoyula bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Əhali tariflərin bahalaşmasını istəyir” – bir ilginc sorğunun izi ilə…

Next

Həbs edilənlərdən biri hərbi hissə komandiri olub – “Tərtər işi”

Xəbər lenti

  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv